Müxalifət Paşinyanı devirmək üçün hərəkətə KEÇDİ
Ermənistanın paytaxtı İrəvanda müxalif Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirib.
Cumhuriyyet.az xəbər verir ki, mitinqdə müxalifət hərəkatının liderlərindən olan deputat İşxan Saqatelyan çıxış edib.
O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədir, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır.
Etirazçılar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürməyi planlaşdırır.
Short URL: https://www.cumhuriyyet.net/?p=181402