Deputat Milli Qəhrəmanın ailəsini və qəbrini ziyarət etdi – FOTO
Millət vəkili Ülviyyə Ağayeva Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan ilk şəhidimiz, Vətən müharibəsinin qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri Azər Nazim oğlu Yusiflinin ailəsini, daha sonra isə qəbrini ziyarət edib, ruhuna dualar oxunub. Ruhu şad olsun…
Şəhidimizin atası Nazim müəllim, Azərin həyatından, keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan, yarım qalmış arzularından danışdı….
Xatırladaq ki, Zəngilan şəhəri uğrunda döyüşlər nəticəsində şəhər işğaldan azad olunduqda 27 ildən sonra Zəngilan şəhərinə Azərbaycan bayrağını Azər Yusifli sancmışdır.
Ürək ağrısı ilə onu da əlavə edim ki, bu qələbə sevincini o, cəmi bircə gün yaşaya bildi, oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində gedən döyüşlərdə şəhid oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin….
Hər birinin xatirəsi bizim üçün əzizdir…
Short URL: https://www.cumhuriyyet.net/?p=182036