“Dənizçilərə Sosial Dəstək” İB daha bir kitabı oxucuların ixtiyarına verib

30.09.2022 - 19:24

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin tərtib edərək hazırladığı yeni bir kitab işıq üzü görüb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “DSD” İB-nin “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində dərc oluub. Kitab “Sən Vətənə bənzəyirsən” adlanır.

Kitabda Azərbaycanın tanınmış qələm adamlarından xalq şairi Sabir Rüstəmxanlının, Mahirə Nağıqızının, Baba Vəziroğlunun, Musa Ələkbərlinin, Xanım İsmayılqızının, Rəşad Məcidin, Vasif Süleymanın, Qəşəm Nəcəfzadənin, Elçin Mirzəbəylinin, Şahin Musaoğlunun, Ramiz Qusarçaylnın, Kamilə Abıyevanın,  Şahnaz Şahin, Əbülfət Mədətoğlunun, İradə Aytelin  və digərlərinin  vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb.

Kitabda yer alan şeirlərin məzmun və ideyası gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu oynayır.

Xatırladaq ki, “Maarif” nəşriyyatında dərc olunan kitabın tərtibçiləri Faiq Balabəyli, Vasif Süleyman, Kəmalə Səfərli, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.

Qeyd edək ,  “Sən Vətənə bənzəyirsən” kitabı bu il  “DSD” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Onlar qəhrəmandır” kitabından sonra  nəşr etdirdiyi ikinci kitabdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182975

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031