cumhuriyyet.net
Şuşa Bolqarıstan şəhəri ilə qardaşlaşdı • Cumhuriyyət
Azərbaycanın Şuşa və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıb. Cumhuriyyet.az xəbər verir ki, sentyabrın 30-da paytaxt Sofiyada iki şəhər arasında qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Veliko Tırnovo şəhərinin meri Daniel Panov imzalayıblar.
nesimi