“Azərbaycanda sabitlik üçün ən böyük təhlükə həmin çirkli pullardır”

23.11.2022 - 22:06

Elchi.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

-Qüdrət bəy, Prezidentin Serbiyaya səfərinin nəticələrini necə qiymətləndirərdiniz?

Azərbaycanın dövlət başçısının Serbiyada o səviyyədə isti və dostcasına qarşılanması, onun fəaliyyətinə Serbiya Prezidentinin verdiyi yüksək qiymət qürurverici idi.Serbiya ilə strateji tərəfdaşlıq haqqında imzalanmış saziş nöbəti böyük diplomatik uğurumuzdur.

– KTMT-nin İrəvanda keçirilən zirvə görüşündə Azərbaycan əleyhinə hansısa qərar qəbul oluna bilərmi?

KTMT-də Azərbaycanın dostları şoxdur və onlar Azərbaycana daha çox inanırlar, nəinki Ermənistana. Ona görə mənim ciddi bir narahatçılığım yoxdur. Orda Belarus və türk dövlətləri var. Sözün doğrusu, Rusaynın da satqın Ermənistana görə Azərbaycanla münasibətləri pozacağına inanmıram.

-DTX-nın son vaxtlar keçirdiyi həbslər barədə nə deyə bilərsiniz?

Ermənistanı məğlub edəndən sonra daxildə dövlət quruculuğu işlərinə diqqətin artırılmasına böyük ehtiyac var idi. Qarabağın bərpası üçün iqtisadi islahatların genişləndirilməsi ilə yanaşı, qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizəni gücləndirməklə korrupsiya yolu ilə əldə olunmuş yüz milyonlarla, milyardlarla manat vəsaitin dövlət büdcəsinə qaytarılması da bir çox səbədən çox vacibdir. Azərbaycanda sabitlik üçün ən böyük təhlükə həmin çirkli pullardır. Bundan başqa, xarici dövlətlərlə hansısa kriminal əlaqələrinə, ətraflarında yaratdıqları qruplara güvənib dövlətə xəyanət yolu tutmuş bütün şəxslər ifşa olunub məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan dövlətinin, mərkəzi hakimiyyət orqanlarının gücünü və varlığını hər kəs anlamalıdır. Zamanı çatıb ki, dövlətin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atılsın, DTX də bu işlə məşğuldur. DTX sədrinə qarşı xaricdən aparılan iyrənc qara piyar kampaniyası da xarici dövlətlər tərəfindən Azərbaycan dövlətinin güclənməsini istəməyən, burdakı əlaltılarını qorumaq və daxildə canına qorxu düşmüş həmin korrupsioner və xain dairələr tərəfindən sifariş edilir.

– Qüdrət bəy, Ermənistanla münasibətlərin normallaşdırılması və Qarabağ üzərində dövlət suverenliyinin bərpası perspektivinə necə baxırsınız?

Mən xalqımızı Prezidentə inanmağa çağırıram. Əminliklə deyirəm ki, əgər azacıq imkan olacaqsa ki, bu istiqamətdə Azərbaycanın mənafelərinə uyğun qərarlar qəbul olunsun, hansısa addımlar atılsın İlham Əliyev bu şansı qaçırmayacaq.

-Ukraynadakı son vəziyyət barədə də fikrinizi bilmək istərdik…

Hələlik əvvəlki fikrimdə qalıram ki, ABŞ başda olmaqala Qərb ölkələri sonda Ukraynanı güzəştlərə məcbur edəcək. Ukrayna Qərbdən silah təchizatı və maliyyə asılılığında olduğu üçün, siyasi təcrübəsizlik səbəbindən,Putinlə danışıqların qadağan olunması barədə verilmiş Fərmandan imtina edib Rusiya ilə masa arxasında əyləşəcək və güzəştlərə gedəcək.Ukraynanın enerji sektorunun dağıdılması və ABŞ-ın Ukraynaya yetərli həcmdə müasir hava hücumundan müdafiə sistemləri verməməsi də buna görədir.Münaqişə başlayanda demişdim ki,bir çox Qərb siyasi ekspertləri deyirlər ki,ABŞ-la düşmən olmaq qorxulu,dost olmaq isə ölümcül təhlükəlidir.Ukrayna ABŞ-la dostluq yolunu seçdiyindən indi acısını yaşayır.ABŞ Ukraynaya Rusiyanı məğlub edə biləcək səviyyədə müasir silahlar vermir və verməyəcək.Nə oldu,harda qaldı `lend-liz` ? İkinci dünya müharibəsi zamanı ABŞ-ın `lend-liz` qanunu əsasında SSRİ-yə verdiyi silahların həcmi və növü ilə (on minlərlə tanklar,təyyarələr,artilleriya qurğuları və s.) indi Ukraynaya verdiyi silahları müqayisə edin ,hər şey aydın olacaq.ABŞ Rusiyanın tam qələbəsini istəməsə də onun məğlub olmasını da istəmir.Avropa ölkələrini asılı və qorxu altında saxlamaq üçün indiki Rusiya ABŞ-a lazımdı.Rusiya tam məğlub olsa bir dövlət kimi dağılacaq və onun Uraldan şərqə doğru bütün ərazilərini Çin ələ keçirəcək.ABŞ Çinin də güclənməsini istəmir.Çinin müharibənin dayandırılması üçün heç nə etməməsi də öz maraqlarına görədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185577

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031