“WhatsApp Web”də iki yeni funksiya əlavə olunub – FOTO

24.11.2022 - 18:00

“WhatsApp” uzun müddətdir ki, masaüstü versiyasını (“WhatsApp Web”) istifadəçilərinə təqdim edir. Bununla belə, bütün mobil funksiyalar masaüstü versiyada mövcud deyil.

Cumhuriyyet.az Trend-ə istinadən xəbər verir ki, bu vəziyyət getdikcə artan “WhatsApp Web” istifadəçilərinin tətbiqdən istifadə zamanı qeyri-kafi təcrübə yaşamasına səbəb olur.

Bunu azaltmaq üçün “WhatsApp Web”ə yeni funksiyalar gətirilib.

“WhatsApp” zəng tarixçəsinin masaüstü versiyada görünməsi üçün yeni zənglər nişanı əlavə edir. “WhatsApp” masaüstü üçün zənglər nişanı sayəsində əvvəlki söhbətlər görünəcək, zənglər proqramın yan panelindəki söhbətlər və status nişanının ortasında olacaq.

 

Bundan əlavə, “WhatsApp Web” üçün məxfilik sahəsində daha bir yenilik sınaqdan keçirilməyə başlanıb. Yeni funksiya ekran kilidi kimi görünür. Beləliklə, “WhatsApp Web” istifadəçiləri proqrama daxil olmaq üçün şifrə təyin edə biləcək və xidmətdən daha təhlükəsiz istifadə edə biləcək.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185673

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031