Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin iclası keçirilib

26.11.2022 - 15:40

Bu gün Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin iclası keçirilib. İclası aparan Azərbaycan Bütövlük Platformasının sədri Bəhram İsmayılov ötən dövrdə görülən işlər və təşkilatlanma ilə bağlı məlumat verib. İdarə Heyətinə Azərbaycan Bütövlük Platformasının emblem eskizi təqdim edilib. Emblemdə göy, qırmızı və yaşıl rənglər bayrağımızdan götürülüb və bu vəhdətlə bütöv ərazimizdə demokratik dövlət qurmağı hədəf göstərir. Emblem müzakirə olunaraq qəbul olunub. Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olunub. Təşkilatın Nizamnamə və Məramnaməsinin hazırlanması üçün işçi qrupu seçilib. Azərbaycan Bütövlük Platformasının 21 Azər (12 dekabr) və 31 dekabr tarixi günləri ilə bağlı tədbirlərin keçiriləcəyi müəyyənləşib. İdarə Heyəti Azərbaycan Bütövlük Platformasının Məclisi, Gənclər və Qadınlar qolunun yaradəlması ilə bağlı müzakirələr aparıb. Azərbaycan Bütövlük Platforması Güney Azərbaycanda baş verənlərə Azərbaycan Respublikası olaraq yanaşmasına münasibət bildirib və bəyanat qəbul edib. Bəyanatda Platforma BMT-də İranda insan haqlarının vəziyyətinin müzakirəsi zamanı Azərbaycan təmsilçisinin bitərəf qalmasından təəssüfləndiyini bildirir, Azərbaycan Prezidentinin Güney Azərbaycan türklərinə dəstək mesajını isə təqfirəlayiq hesab edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185773

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728