“DANIŞAN KİTABLAR” layihəsinə start verildi

28.11.2022 - 09:34

Elm və Təhsil nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində Ağdaş rayon Qəsil kənd Ramiz Hacıyev adına tam orta məktəbin ingilis dili müəllimi Lalə Əfəndizadənin “Danışan kitablar” adlı layihəsi də qalib layihələr sırasında olmuşdur.

Müasir dövrün ingilis dilinə olan tələbatını, dünyanın bu dilə olan tələblərini nəzərə alaraq, təhsil xəttində bu dilin tədrisinə bütün dünyada çox önəm verilir. Tələbatın bu qədər çox olduğu bir dövrdə  kənd məktəblərində şagirdlərin elektron formada ingilis dilli resurslara əlçatanlığı demək olar ki, yoxdur. Bu isə həmin dilə marağın artırılmasında çətinlik yaradır, kənd məktəblərində şagirdlərin dil mənimsəmə keyfiyyətini aşağı salır.

Bu layihənin yaranmasına da məhz bu keyfiyyətlər səbəb olmuşdur. Məqsəd Ağdaş rayonunun kənd məktəblərinə ingilis dilinin tədrisində yeni formada dəstək olmaq, bu dilə marağı artıraraq inkişaf etdirməkdir. Bu layihə ilə Qəsil kənd məktəbində avadanlıqlarla zəngin olan İngilis dili kabinetinin yaradılması nəzərdə tutulmuşdur.

Artıq 2 aydan artıqdır ki, layihənin icrasına başlanmışdır. Bu müddət ərzində kabinet üçün lazım olan avadanlıqlar alınmış, kabinet yaradılmışdır. Öncədən nəzərdə tutulduğu kimi, təlimçilər təlimlər keçirmiş, öyrətmiş, yalnız bundan sonra nəzərdə tutularaq alınmış kitabların oxunması təşkil edilmişdir. Müzakirəyə çıxarılan kitabların siyahısı bunlardır:

  1. The Little Prince (Antoine de Saint-Exupery)
  2. The adventures of Tom Sawyer ( Mark Twain)
  3. Karabagh- The Eternal Memory of Azerbaijan Heritage.
  4. Chronicle of Victory.

Layihədə iştirak edəcək şagirdlər tərəfindən bu kitablar oxunmuş və sonra  müzakirə aparılmışdır.  Bununla şagirdlər arasında  ingilis dilinə maraq xeyli artmışdır.

Artıq layihə öz işini bitirmək üzrədir. Öncədən müəyyənləşmiş nəticələr əldə edilmiş, kənd məktəblərində ingilis dilinə maraq xeyli artmışdır. Gözlənildiyi kimi, layihə şagirdlər arasında böyük maraq doğurmuşdur. Alınmış kitablar yalnız layihə müddətində deyil, sonrakı illərdə də müəllim və şagirdlərin xidmətində olacaqdır.

Layihə rəhbərini qazandığı uğurlara görə təbrik edir və gələcək işlərində böyük uğurlar arzu edirik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728