Dünya Azərbaycanlıları Konqresinin Bayram təbriki

30.12.2022 - 10:49

Əziz bacılar və qardaşlar! Dəyərli soydaşlarımız!
Dünyanın hansı guşəsində, hansı dövlətin ərazisində, öz tarixi torpaqlarımızda və ya özgə torpaqlarında yaşamağımızdan asılı olmayaraq biz bir millətik, bir ata-ananın övladlarıyıq. Dünyanın ən qədim sivilizasiya ocaqlarından biri olan  Azərbaycanda doğulmuşuq, kökümüz və ruhumuz bu müqəddəs vətənə bağlıdır. Ulularımız bu torpaqlarda yatır, gələcək nəsillərimizin də taleyi, çörəyi və suyu, azadlıq və xoşbəxtliyi bu torpaqlardadır.
Buna görə də dünyada yaşayan bütün azərbaycanlıların söz və fikir birliyi, vətənə bağlılığı bizim ümumi qayğımız və istəyimizdir.
Dünya azərbaycanlılarının həmrəylik ideyası – Azərbaycan torpaqlarının müxtəlif dövlətlər arasında bölünməsindən, xalqımızın parçalaması və dünyaya səpələnməsindən başlanıb. 1988-ci ilin Milli azadlıq hərəkatı və onun nəticəsində 1989-cu ildə İranla – Güney Azərbaycanla Quzey Azərbaycanı ayıran sərhədlərin sökülməsi tariximizin qara ləkələri olan Gülüstan və Türkmənçay müqavilələrinə növbəti etiraz idi, xalqın bütövləşmək idealından əl çəkmədiyini və bu yolda hər cür mübarizə və məhrumiyyətlərə hazır olduğunu göstərirdi.
Hər ilin sonunda köhnə illə vidalaşdığımız gündə azərbaycanlıların milli birlik və həmrəylik bayramı keçirmələri rəmzi məna daşıyır, yəni biz hər yeni ilə 50 milyonluq Azərbaycan türkünün və bütün Azərbaycan vətəndaşlarının yüksək vətən sevgisi ilə, birlik və bərabərlik uğrunda mübarizə əzmi ilə başlayırıq.
Həmrəylik hərəkatının və milli birlik ideyasının Azərbaycan Respublikası dövləti tərəfindən dəstəklənməsi, ölkənin əsas bayramlarından biri kimi rəsmiləşdirilməsi, hər il yüksək səviyyədə qutlanması xalq-dövlət birliyinin nə qədər önəmli olduğunu göstərir
Müstəqil Azərbaycan dövləti gücləndikcə bu bayramın əhəmiyyəti artacaq, həmrəyliyimiz gücləndikcə dövlətimiz də güclənəcək.
Əziz xanımlar və bəylər! 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan üzərində parlaq qələbəsi dünyanın hər yerində bizim başıuca gəzməyimizə haq qazandırdı.  Prezident İlham Əliyevin müxtəlif dünya ölkələrində yaşayan soydaşlarımız, eləcə də Güney Azərbaycan  və Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərə və beynəlxalq hüquqa söykənən yüksək milli mövqeyi  bizim mübarizəmizə güc qatdı. Bununla belə,  Ermənistanın revanşist siyasəti, öz himayədarlarının yardımı ilə dünyanın hər yerində apardığı antitürk, antiazərbaycan təbliğatı bundan sonra bizim daha fəal olmağımızı tələb edir. Həm diplomatik, həm mədəni, həm də hərbi quruculuq səylərimizi daha da artırılmalıyıq
DAK adından dünyada yaşayan bütün soydaşlarımızı Milli Həmrəylik və Yeni il bayramları münasibətilə ürəkdən təbrik edir, sizə bütün xeyirli işlərinizdə uğurlar, can sağlığı və ailə xoşbəxtliyi arzulayırıq.

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri:

Sabir Rüstəmxanlı            Firudin Pərvizniya

30.12.2022.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186713

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930