“Mənə zaman ayır, anacan”

08.01.2023 - 12:27

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə start verilib. Layihənin rəhbəri Şabran şəhər 1nömrəli ümumi orta məktəbin psixoloqu Aynur Fərmanovadır.

Layihənin məqsədi şagirdləri təlimə yönləndirmək, valideynləri maarifləndirmək, yaş dövrlərinin xüsusiyyətlərinə görə problemləri aşkar etmək, təlimdən geridə qalmanın səbəblərini müəyyənləşdirmək və nəticəyə əsasən korreksiya işləri aparmaqdır.

Layihənin vəzifəsi nümunəvi psixoloji xidmətin təşkil olunmasıdır.

Layihədə aşağıdakı mövzularda valideynlərə təlimlər keçirilib:

1. Məktəbəqədər və kiçim məktəb yaş dövrü;

2. Yeniyetməlik dövrü;

3.Enneaqram ilə övladını kəşf et;

4.Bullinq;

5. Peşə seçimi.

Layihədə hər bir ailə üçün maarifləndirici kitabça hazırlanacaq. Kitabçada

Aşağıdakı mövzuları əhatə edəcək:

1.Məktəbəqədər yaş dövrü haqqında qısa məlumat;

2.Kiçik məktəb yaş dövrü haqqında qısa məlumat;

3.Yeniyetməlik dövrü haqqında qısa məlumat.

4.Çətinliklərlə mübarizə yolları.

5.Məqsədə çatmaq üçün iradə gücümüzü necə inkişaf etdirək.

6.Mənim temperamentim.

7.Valideynlər üçün tövsiyələr.

Layihə nəticəsində övladının şəxsiyyət kimi formalaşmasında valideynə dəstək göstərilir, valideyn övladını daha yaxından tanıyır, onunla birlikdə səmərəli zaman keçirir, “valideyn-övlad-məktəb münasibətləri” üçbucağının bütün tərəfləri diqqətdə saxlanılır. Şagirdlərin təlimdən geridə qalma səbəblərinin aradan qaldırılması üçün psixodiaqnostik testlər keçirilib. Hal-hazırda testlərin nəticələrinə əsasən korreksiya işləri görülür.

Layihə valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanır. Şagirdlər böyük həvəslə layihədə iştirak edirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187111

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930