Fars rejimi əməlləri ilə müqəddəs “Qurani-Kərim”ə, “Əhli-Beyti” qarşı hörmətsizlik edir

22.01.2023 - 13:53

Tehran rejimi son zamanlarda ermənidən daha çox ermənilik etməklə məşğuldur. Fars mollakratiyası gah Qafanda Baş konsulluq açır, gah Təbrizdə Ermənistana konsulluq yeri vəd edir, gah da “minillik qardaşlıq”dan danışaraq əsil ermənipərəst simasını nümayiş etdirir.

Yanvarın 19-da Tehran və İrəvanın qardaşlaşmasına dair sənədin imzalanması isə İranın dindən, şəriətdən uzaq “katolikliyini” təsdiq etmiş oldu.

Sözsüz ki, özünü İslam ölkəsi adlandıran İranla xristian dövləti olan Ermənistanın bu “siğə qardaşlığı” müsəlman dünyasının dini-əxlaqi-mənəvi və müqəddəs dəyərlərinə ziddir.

Müqəddəs İslamda qardaş sözünün çox böyük əxlaqi-mənəfi dəyəri barədə müdrik və ibrətamiz sözlər əks olunub. “Qurani-Kərim”də (“Nisa” surəsi, ayə 144) deyilir ki, “Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın”.

“Ali-İmran” surəsində isə qeyd edilir ki, “Ey müsəlmanlar, siz kafirlərin felinə aldanıb, bir-birinizdən ayrılmayın, ey möminlər axı siz qardaşsınız”.

Peyğəmbərimiz (S.a.v.) isə demişdir ki, “Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan deməz, onu darda qoymaz. Müsəlmanın borcu digər müsəlmanın namusuna, malına, qanına hörmət etməkdir. Müsəlmanların bir-birini sevib qardaş olmaları onların Allaha olan etiqadından, eyni Kitaba iman gətirmələrindən irəli gəlir”.

Ancaq İran öz din qardaşı olan Azərbaycana xəyanət edir, yalan danışır, darda qoyur, varını, mal-mülkünü, sərvətini erməni kafir sürüsü ilə birlikdə 30 il talayıb yeyməkdən doymayır.

İran öz din qardaşının başını kəsən, qocaların, uşaq və körpələrin gözünü çıxaran, müsəlman qəbirlərini təhqir edən, məscidlərdə donuz saxlayan kafirlərə qardaş deməklə Allaha və İslama olan etiqadından üz döndərir. Fars rejimi bu əməlləri ilə açıq-aşkar müqəddəs “Qurani-Kərim”ə, “Əhli-Beyti” qarşı hörmətsizlik edir.

İranın İslam tarixində indiyə qədər yol verdiyi ən böyük və bağışlanılmaz səhvidir.

Ən dəhşətlisi və bağışlanması mümkün olmayan budur ki, İranın Ayətullahları, “Əhli-Beyt” təbliğatçıları daha irəli gedərək erməniləri din qardaşları kimi təqdim edirlər. İranın tanınmış din xadimi, “Dünya Əhli-Beyt Qurultayı” təşkilatının sədri Ayətullah Məhəmməd Həsən Əhtari Ermənistan katolikosu 2-ci Qareginlə Eçmiədzindəki kilsəyə baş çəkdikdən sonra deyib ki, farslarla ermənilər yaxın, qohum, qan millətləridir. Fars mollaları onun bu sözünə qüvvət verərək utanmazcasına “Bir millət, iki dövlət” kimi ifadələr işlətməklə soyu-kökü olmayan, kafir və murdar bir hay tayfanı müsəlmanla qan qardaşı etməyə çalışır. Haram və murdar sayılan bir heyvanla yatıb-duran erməniyə qan qardaşı demək 2,5 milyard müsəlmanı təhqir etməkdir.

Başqa bir Ayətullah isə Ermənistanın “bizim təhlükəsizliyimiz ermənilərin təhlükəsizliyidir” deməklə farsların milli kimliyini az qala erməniləşdirir.

Bu gün İran və Ermənistan Böyük Bacıları olan Fransadan süni nəfər alırlar, ancaq unudurlar ki, bunun da sonu yoxdur. Çünki İran hazırda dünyadan faktiki olaraq təcrid edilib, sanksiyalar altında əziyyət çəkən molla rejiminin həlqəsi daha da daralır, üstəlik Xalq diktaturaya qarşı daha da mübarizləşib. Eləcə də, regionda bütün layihələrdən kənarda qalmış dalan ölkəsi olan Ermənistanın da çıxış yolları tükənir. Hər iki ölkə qan gölündə boğulduğundan bir-birinə “qan qardaşı” deyir. Ermənistan vaxtilə Rusiyaya da qardaş deyirdi, indi Moskvanı az qala düşmən adlandırır. Ona görə də, bu simasız hər iki tayfanın vəziyyət dəyişdikdə “dostluqları və qardaşlığı” da bitəcək qədərdir.

Əlbəttə, İran və Ermənistanın “qardaşlaşması” Azərbaycan üçün heç nəyi dəyişmir və dəyişməyəcək, Azərbaycan öz Haqq Yolundadır. Biz dostla dostluq, düşmənlə düşmənlik etməyi yaxşı bacarırıq, əsil qardaşlığı da.

Neçə illərdir ki, həqiqi qardaşlaşmış şəhərlərə çevrilmiş Bakı və Təbrizin simasında əsil qardaşlığın necə olduğunu da dünyaya nümayiş etdiririk.

44 Günlük Vətən müharibəsində bütün Təbriz şəhərinin Ana Şüarına çevrilmiş “Azərbaycan var olsun, istəməyən kor olsun” ÜmumXalq dəstəyi bu gün daha da genişlənib, indi Bakı və Təbriz bir nəfəs qədər bir-birinə daha yaxındır.

Siyasi elmlər doktoru,professor 

Vaqif ABDULLAYEV 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728