Tehran rejiminin Azərbaycana qarşı törətdiyi terror aktıyla əlaqədar Milli Hərəkatçılar Birliyinin Bəyanatı

28.01.2023 - 22:39

Azərbaycan xalqının müstəqillik mücadiləsinin ilk günlərindən dövlətçiliyimizin bərpa
olunmasına qarşı çıxan, torpaqlarımıza qarşı yönəlmiş Erməni təcavüzünü başından bəri var
gücüylə dəstəkləyən Tehran rejimi bu gün daha xain və ağır faciə ilə nəticələnən bir terror aktı
gərçəkləşdirdi. İran dövləti tərəfindən gerçəkləşdirildiyi açıq-aydın görünən bu terror aktı
üçün İran həm hüquq, həm də insanlıq qarşısında məsuliyyət daşıyır. Unutmaq olmaz ki,
İranın mürtəce teokratik rejimi öz qaranlıq niyyətlərini bu gün tam olaraq həyata keçirə
bilməsə də, hətta bundan sonra bir müddət dostluq məsajları versə də ölkəmizə yönəlik
düşmən fəaliyyətlərini heç bir zaman dayandırmayacaqdır. Tehran rejimindən gələn
təhdidlərin davam edəcəyini, buna görə də xalqımızın bu ikiüzlü rejimə qarşı uzun müddətli
və ciddi bir mübarizəyə girişməsinin zəruri olduğunu düşünürük. Təbii ki, dövlətimiz buna
hazır olmalı, təhlükəni ortadan qaldırmaq üçün əsaslı tədbirlər görməli və xalqımız bu
problemlərə həssaslıqla yanaşmalıdır. Bütün bunları nəzərə alaraq MHB (Milli Hərəkatçılar
Birliyi) məsələni diqqət mərkəzində tutmaqla bərabər indiki mərhələdə həyata kəçirilməsini
zəruri bildiyi tədbirlərin bir hissəsinə aid bəzi təkliflərini Azərbaycan ictmaiyyətin diqqətinə
çatdırır:
1. İran dövləti Azərbaycan dövlətindən rəsmi üzr istəməli və təzminat ödəməli, bu
gərçəkləşənə qədər diplomatik əlaqələr minumum səviyyəyə endirilməli, başqa
sahələrdəki əlaqələr isə tamamilə kəsilməlidir.
2. Azərbaycan XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət edərək, “İran həyatınız
üçün təhlükəlidir, orada qalmanız və səyahət etməniz məsləhət görülmür məzmunlu
bir xəbərdarlıq yayımlamalıdır.
3. İran’dan idxalat və ixracat tədricən azaldılmalı və zaman içində minimuma
endirilməlidir.
4. Orxan Əsgərova şəhid statusu vərilməli, cənazəsi dövlət mərasimiylə qaldırılmalı,
bunun umumxalq tədbri olaraq gərçəkləşdirilməsi təmin edilməlidir.
5. Səfirlik binasında böyük bir qətliamın qarşısının alınması üçün cəsarətlə düşməni
zərərsizləşdirilən əməkdaşlar dövlət səviyyəsində təltif edilməlidir.
6. Əlbəttə, bu yolla məqsədinə nail ola bilməyən İran terrorizmi yaxın və ya uzaq
gələcəkdə başqa hücumlar da həyata keçirəcəkdir. Bunu nəzərə alaraq, dövlətimiz
İrandan gələn təhdidlərə qarşı her an hazır olmalıdır.
7. Səfirliyimizin əməkdaşları tərəfindən zərərsizləşdirilən terorrist İran dövlətinə təslim
edilməməliydi. Ən azından indiki mərhələdə Tehrana peşəkar bir istintaq qrupu
göndərilərək, cinayətkarın ifadəsinin alınması və bununla ilgili bütün istintaq
mərhələlərində aktiv iştirakı təmin edilməlidir.
8. Azərbaycanda radikal məzhəbçi ideologiyanın yayılmasından başka heç bir məqsədə
xidmət etməyən və müxtəlif adlar altında fəaliyyət göstərən bütün İran mərkəzləri
təcili qapadılmalıdır.
9. Azərbaycan din qurumlarının İranın məzhəbçi qurumları ilə əməkdaşlığına son
verilməlidir.
10. QMİ bu hadisəni lənətləməli və İran din çevrələriylə əmakdaşlığa son verdiyini
açıqlamlıdır.
Sayğılarımızla,
Milli Hərəkatçılar Birliyi
27.01.2023

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187268

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930