Azərbaycançılıq”- Heydər Əliyevin siyasi portretinin əsas cizgisi kimi

07.02.2023 - 10:11

Heç şübhəsiz ki, bir ölkənin iqtisadi- siyasi, mədəni- sosial inkişafı, dünya miqyasında tanınması və təmsil olunmasında lider faktorunun rolu böyükdür. Əbəs yerə deyilməmişdir ki, güclü lider inqilablar vasitəsilə islahat aparan deyil, islahatlar vasitəsilə inqilab etmiş olandır. Tarixi şərait etibarilə regional və qlobal təhdidlərin olduğu bir dövrdə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi gücünün artırılması, ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında Azərbaycan xalqının görkəmli lideri və dövlət xadimi ümummilli lider Heydər Əliyevin rolu və əməyi danılmazdır.

Xalqımızın həyatında müstəsna xidmətləri olan tarixi şəxsiyyətlərin həyat və faəliyyətinin günümüz işığında dəyərləndirilməsi, onların mənəvi irsinin araşdırılması və gənc nəslə çatdırılması, həmçinin dövlət səviyyəsində müxtəlif tədbirlərin həyata keçirilməsi ənənəsinə sadiq qalaraq cənab Prezident İlham Əliyevin 2023- cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncam ümummilli liderin həyat və fəaliyyətinə verilən çox böyük qiymət və dəyərdir. Zamanın ən çətin dönəmində ağır şərtlər altında öz hürr iradəsini ortaya qoyub çevik və sistemli diplomatik manevr ilə ölkəni və xalqı düşdüyü siyasi və iqtisadi böhrandan xilas edən ümummilli liderin xeyirxah missiyası dövlət müstəqilliyimizin qarantı kimi mühim əhəmiyyət kəsb etmişdir. Müstəqil Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərini müəyyən edən H.Əliyevin gərgin və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz aqrar ölkədən sənaye ölkəsinə çevrilmiş və iqtisadiyyat dirçəldilmişdir. Zamanında həyata keçirilməsi xəyal kimi görünən və bu gün inkişaf etməkdə olan iqtisadiyyatımızın əhəmiyyətli faizini təşkil edən nəhəng neft- qaz projelərinin əsası da məhz həmin dövrdə qoyulmuşdur. Eyni zamanda respublikada daxili sabitlik yaradılmış və vətəndaş həmrəyliyinə nail olunaraq demokratiya sahəsində də mühim uğurlar qazanılmışdır.

Yüksək idarəçilik qabiliyyəti və dövlətçilik şüuru ilə xalqın qəlbinə yol tapmış ümummilli lider ictimaiyyət arasında sadə, alicənab və mütəvazi tavrı ilə də böyükdən-kiçiyə əhali arasında sevgi və hörmət qazanmışdır. Hansı ki, bu faktor lideri başqa vacib yönləri ilə bərabər sevdirən və yaşadan önəmli faktorlardan biridir.

Qloballaşma dövründə milli kimliyimiz və mənəvi dəyərlərimizin, eləcə də doğma dilimizin qorunub saxlanılması və bütün bunların yad təsirlərə davamılılıq gətirə bilməsi üçün Azərbaycançılıq məfkurəsini təbliğ etmiş və öz həyatında yaşatmışdır. Bu məfkurə sözdə qalmamış, strateji proqram və siyasi xəttə çevrilərək müstəqil dövlətimizin ideya istiqamətlərindən biri olmuşdur. Dövlət siyasətinin əsas dominantı olan bu istiqamət hazırkı dövrdə müxtəlif qütblərdən gələn ideoloji təhdidlərə qarşı mübarizədə çox böyük əhəmiyyət kəsb edir.

Həmişə xalqın yanında olan H.Əliyev qan yaddaşımızda qara izlər buraxmış 20 Yanvar faciəsi zamanı hadisənin əsl sifarişçisi kimi Mixail Qorbaçovu göstərərək hakim dairələr tərəfindən hədəf halına gəlməkdən çəkinməmiş, təkcə rəhbər kimi deyil, eyni zamanda fəal vətəndaş mövqeyi sərgilmişdir.

İşğalçı Ermənistan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərini pozaraq qəsbkarlıq yolu ilə tarixi torpaqlarımızı işğal etməsini və 1 milyondan çox vətəndaşımızın öz yurd- yuvasından qovularaq çadır kampları və vaqonlarda qaçqın həyatı yaşamasını ən yüksək tribunalarla dünya ictimaiyyətinin diqqətinə çatdıran H.Əliyev Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin xeyrinə həll olunması üçün əvvəldən axıra qədər yekdil mövqe nümayiş etdirərək xalqımızın haqq davasını – Mustafa Kamal Atatürkün ifadəsiylə desək, “Memleket meselesi”ni sona qədər müdafiə etmişdir.

​Zamanında atılmış bu addımların məntiqi yekunu və müzəffər Ali Baş Komandanın qətiyyəti ilə qəhrəman ordumuz 44 günün içərisində düşmən ölkəni kapitulyasiya aktı imzalamağa məcbur etmişdir. Məhz bundan sonra Şuşada bir vaxtlar sərxoş şəkildə yallı gedən erməni hərbi- siyasi rəhbərliyi “Dəmir yumruğun” təsirindən faktiki aqoniya (ölümqabağı durum) vəziyyətinə düşmüşdür.

Bu gün H.Əliyev ideyları ilə uğurlu inkişaf yolunda olan müstəqil respublikamızın vətəndaşları qələbənin onlara vermiş olduğu məğrurluğu və zəfərin qürurunu yaşayırlar. Heç şübhəsizdir ki, bu ideya və istiqamət ölkəmizi işıqlı gələcəyə doğru aparacaq və tarix boyu xalqımızın daha böyük qələbələrə imza atmasına səbəb olacaqdır.

Tacəddin Əli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031