Azərbaycanda dövlət qurumları üçün “wetransfer”ə alternativ resurs yaradılıb

07.02.2023 - 12:28

Azərbaycanda mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün “wetransfer” alternativi yaradılan yeni “share.gov.az” xidməti istifadəyə verilib.

Cumhuriyyet.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bu gün XRİTDX-nin təşkilatçılığı ilə keçirilən “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı”sında çıxışı zamanı deyib.

T.Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” adlı təqdimatında dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmini istiqamətində görülən işlərdən, qarşısı alınmış kiberhücumlardan, yeni kibertəhdidlər və onlarla effektiv mübarizə üçün atılmış addımlardan, dövlət qurumlarının informasiya təhlükəsizliyi istiqamətindəki fəaliyyətinə aid qiymətləndirmə meyarlarından və statistik göstəricilərdən danışıb.

O, həmçinin tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar – kibertəhdidlərlə daha effektiv mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan “AzStateNet” şəbəkəsi və Avropanın “Open CSIRT Foundation” təşkilatı ilə birgə işlənmiş “SİM3” layihəsi barədə məlumat verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187631

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930