Zakir Fərəcov ətrafında halqa daralır: bacoğlular başçını həbsə sürükləyir

12.02.2023 - 11:15

Sumqayıtın icra başçısı Zakir Fərəcovun bacısı oğlu Elgizlə bağlı cinayət işi açılıb. JAMAZ.İNFO xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən qaldırılan cinayət işinə səbəb isə Abşeron rayonunda, xüsusən də Mehdiabad kəndində torpaq sahələrinin kütləvi şəkildə satılması göstərilir.
Məlumatda deyilir ki, çoxsaylı şikayətlərə əsaslanan proses zamanı Mehdiabad kənd İcra Nümayəndəliyi və yerli bələdiyyənin bir neçə üzvü saxlanılıb. Onlar verdikləri ifadələrində Elgizin adını çəkiblər və torpaq satışı məsələsində söz sahibi olmadıqlarını bildiriblər. Bundan sonra isə icra başçısının bacısı oğlu istintaqa dəvət olunub və dindirilib. Lakin onu saxlamayıblar. Zəmanətlə sərbəst buraxıblar.Məlumatlarda hazırda Zakir Fərəcovuin bacısıoğlunun ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıldığı deyilir. Bildirilir ki, buna da dayısının xahişləri nəticəsində müvəffəq olub.
Son xəbərlərə görə, hazırda Elgizlə bağlı qaldırılmış cinayət işi üzrə istintaq gedir. Zakir Fərəcov belə prosesə müdaxilə edə bilmir. Onun bir neçə dəfə istintaq orqanlarına yanaşaraq, məsələni həll etmək cəhdləri isə alınmayıb. Fərəcovun qorxusu bacısı oğlunun uzun müddət həbsdə yatması deyil. Onu narahat edən məsələ odur ki, Elgiz istintaqda onun da adını çəkə bilər ki, bu da icra başçısı üçün əlavə baş ağrısıdır. Yeri gəlmişkən bu işlə bağlı icra başçısının digər bacısı oğlu, Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Sovet oğlu Həsənovun da adı hallanır. Bu arada Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilən, “Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri olmuş mərhum Xannı Rüstəmovla bağlı maliyyə qalmaqalının araşdırıldığı da iddia olunur.
Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət döv Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrünün araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək. Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir.
Bu arada mediada yer alan digər bir iddiaya görə, Sumqayıtdan seçilən və adının çəkilməsini istəməyən deputatın sözlərinə görə, icra başçısından vətəndaş narazılığını əks etdirən şikayətlər onlara da daxil olur. Millət vəkili deyib ki, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub: “Həmin şikayətlər ətrafında araşdırmalar başlanılıb. Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu da həbs edilən digər icra başçılarının taleyi gözləyəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=190783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930