Qazaxda konfrans keçirilib

10.05.2023 - 19:05

Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov, köməkçisi Akif Əmirov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, “İlhamla İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, şəhid ailələri, müharibə əlilləri, YAP fəalları və İlk partiya təşkilatlarının sədrləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

Sonra tədbir iştirakçıları Qazax Gənclər Evinin foyesində Ulu Öndər Heydər Əliyevin Qazax rayonuna səfərlərini özündə əks etdirən foto-sərgiyə baxış keçiriblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı səmimi ürək sözlərini və təbriklərini bölüşüb. İcra başçısı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən də Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu, “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib.

Axşam saatlarında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda respublikanın mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı keçiriləcək.

Konsert proqramının sonunda atəşfəşanlıq təşkil ediləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191655

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031