Zakir Fərəcovdan baş prokurora şikayət edildi

25.02.2023 - 09:52

Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup iş adamı və 400-ə yaxın işçinin arasında pul qalmaqalı davam edir. Belə ki, şəhərin Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirən iş adamları 2016-cı ildən bəri 8 milyon manat pullarını ala bilmirlər. Onların bildirdiyinə görə, işi tamamladıqdan sonra pullarını istəsələr də, bunun heç bir xeyri olmayıb. Əksinə, işi görmüş şəxslərdən əksəriyyəti icra başçısı tərəfindən təhdid olunub, bir neçəsi də müxtəlif bəhanələrlə həbs olunublar.
İş adamları bildirir ki, onlar artıq çıxış yolunu Respublika Baş Prokuroruna müraciət etməkdə görürlər: “Başqa çarəmiz qalmadı. Qoy, Baş Prokurorluq araşdırsın ki, dövlət tərəfindən ayrılmış milyonlarla manat vəsaiti Zakir Fərəcov hara xərcləyib. Qoy, araşdırsınlar ki, Adil Xudadatov niyə Sumqayıtda pul yığır. Biz 500-ə yaxın şəxs bununla bağlı müraciət etmişik”.
Sahibkarlar müraciətin mətnini ölkə mediasına da göndərib. Baş prokuror cənab Kamran Əliyevə ünvanlanan üraciətdə deyilir:
“Hörmətli Kamran müəllim!
Sumqayıtda Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirmiş bizlər a 2016-cı ildən bəri 8 milyon manat pulumuzu ala bilmirik. Bir müddət əvvəl Zakir Fərəcov borclu olduğu sahibkarların bir qismi ilə görüşərək, onlara pulu ödəməyə hazır olduğunu desə də, tələbinin olduğunu dilə gətirib. Tələb də ondan ibarət olub ki, 8 milyon manatın 30 faizini ona keçsinlər. Yəni, sahibkarlar 2.4 milyon manatı icra başçısına bağışlamalıdırlar. Bununla razılaşmadıqlarından onları təhdid edən Fərəcov, bizə deyib ki, 50 min pul verib sizi həbs etdirəcəm. Bu dövlətimizin qanunlarına və hüququn aliliyinə açıq açığına həqarətdir”.
Sahibkarlar bildirir ki, artıq təhlükəsizlikləri üçün təminat yoxdur. “İşi o həddə çatdırıb ki, bu gün biz Sumqayıta belə gedə bilmirik. Çünki qorxuruq, hər an bizi həbs etdirə biləcəyindən ehtiyatlanırıq. Sumqayıta gedə bilmədiyimizdən haqqımızı almaq üçün icra başçısının qəbuluna da baş vurmaq imkanından məhrumuq”.
Müraciət sahibləri deyirlər ki, Zakir Fərəcov 426 nəfərin haqqını yeməklə kifayətlənməyib, üstəlik, dövlətə böhtan atmaqdan da çəkinmir. “Zakir Fərəcov bizimlə görüşdə “Dövlət mənə pul ayırıb ki, siz də ondan verim” deyəcək qədər “cəsarət” sahibidir. Fərəcov bu sözü ilə Sizin imzaladığınız sərəncamı şübhə altına salmaqla, saya saymamaqla yanaşı, həm də dövlətə, onun rəhbərinə sədaqətsizliyini ortaya qoyub. Belə bir ifadəni dilə gətirmək həqiqətən də böyük cəsarət tələb edir. O zaman sual yaranır ki, əgər dövlət tərəfindən pul ayrılmayıbsa, Zakir Fərəcovda Dənizkənarı Bulvarı tikmək üçün bu qədər pul hardandır? Bizim Zakir Fərəcovun malı, mülkü ilə işimiz yoxdur. Goradildə saldığı “Zakir Məhəlləsi”, Abşeronda onlarla mülk, Bakıda villalar və sairə bizim üçün maraqlı deyil. Bizə maraqlı olan odur ki, Fərəcov bu qədər imkana necə sahiblənib? Bu qədər var-dövlətə rəğmən, biz sahibkar və fəhlələrin nə günahı var ki, onların pulunu 3 ildir verməkdən imtina edir? Niyə öz zəhməti ilə pul qazanan bizim kimi insanların zəhmətinin müqabilini verməkdən imtina edir? Bunun üçün min cür bəhanələr uydurur, yalanlar danışır, hətta bizi hədələməkdən çəkinmir. Ona belə bir səlahiyyəti kim verib?”
Müraciətin yekununda sahibkarlar Baş Prokurordan yardım istəyiblər. “Hörmətli Kamran müəllim! Siz hər zaman sahibkarların, zəhmət adamlarının himayədarı olmusuz, onlara dəstək vermisiniz. Dövlət başçısı da bütün çıxışlarında bəyan edib ki, bütün məmurlar sahibkarlara dəstək olmalı, onlara imkan yaratmalıdır. Hətta onları incidənlərə, haqqını kəsənlərə xəbərdarlıq da edilib ki, bu işləri görənlər cəzalandırılacaq. Ona görə də, Sizdən xahiş edirik ki, bizə kömək edin. Sumqayıtın icra başçısı Zakir Fərəcovdan gördüyümüz işlərin müqabilində yaranmış borcun alınaraq, bizə verilməsinə köməklik edəsiniz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930