Gəncədə şəhid övladları üçün bayram tədbiri keçirildi – FOTOLAR+VİDEO

03.06.2023 - 12:25
Ölkə  başçısı  İlham Əliyevin  müvafiq göstərişlərinə əsasən  respublikamızın  hər  yerində olduğu  kimi Gəncədə də  dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların  problemlərinin  aradan  qaldırılması  üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.

 

Gəncə  Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, onların müraciətlərini dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görür.
Niyazi  Bayramov  özü  də  Qarabağ  qazisi olduğundan  qazilərə,  şəhid  ailələrinə, veteranlara  xüsusi diqqət  və  qayğı  göstərir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi müəllim öz səlahiyyətləri çərçivəsində  bu kateqoriyadan olan  insanlara hər cür köməklik göstərir.  Ona görə də  Niyazi Bayramov bir icra başçısı  kimi bütün müsbət insani keyfiyyətlərinə  görə  hər  kəsin, eləcə də Gəncə şəhər sakinlərinin böyük hörmətini  qazanıb.
Bu günlərdə Gəncədə Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı  ilə “Heydər Əliyev İli” çərçivəsində 1 İyun – Uşaqların  Beynəlxalq  Müdafiəsi  Günü  münasibətilə şəhid övladları üçün bayram tədbiri keçirildi. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və övladları iştirak etdilər. Niyazi Bayramov şəhid övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi, onlara xoşbəxt gələcək və təhsillərində uğurlar arzuladı. Niyazi Bayramov  qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox uğurla davam etdirilir. Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi, müstəqil  Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən  və  xalq  üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub.
   
Şəhid ailələri göstərilən hərtərəfli qayğı və diqqətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonra  uşaqlar  üçün  əyləncəli-musiqili proqram nümayiş olundu, onlara hədiyyələr verildi.

 

ELÇİN  CAVADOV,
Gəncə Dövlət Universitetinin kafedra müdiri
texnika elmləri doktoru
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191809

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031