İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək

11.03.2024 - 16:33

Martın 13-də İrəvanda “Birlikdə” hərəkatının Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqi keçiriləcək. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hərəkatın nümayəndəsi, sabiq baş nazir Qrant Baqratyan məlumat verib.

Onun sözlərinə görə, mitinq İrəvanda yerləşən “Azadlıq” meydanında baş tutacaq.

Q.Baqratyan bildirib ki, hərəkat nümayəndələri vətəndaşları mövcud hakimiyyətə qarşı etiraz aksiyalarına qoşulmağa çağırmaq üçün bir çox mühüm görüşlər keçirib:

“Vətəndaşları tədricən mübarizəyə qaldıracağıq. Xalq bizə qoşulmalıdır. Biz bütün müxalifət qüvvələri ilə əməkdaşlığa açığıq”.

Short URL: https://www.cumhuriyyet.net/?p=199175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31