Ermənistan Azərbaycanla sərhəddə Qarabağdan qaçan “ordu”nu yerləşdirəcək?

17.05.2024 - 14:47

Azərbaycan və Ermənistan arasında dövlət sərhəddinin delmitasiya və demarkasiya prosesi davam edir. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Simonyan bildirib ki, proses 1976-cı il xəritələri əsasında aparılır. Tribunainfo.az xəbər verir ki, Simonyan razılaşmaya əsasən Azərbaycanla sərhəddə 10 gün ərzində Ermənistan tərəfinin sərhəd xidmətinin əməkdaşlarını yerləşdirməlidir.

Belə ki, razılaşmaya əsasən Azərbaycan və Ermənistan tərəfləri sərhəddə Sərhəd Xidmətini yerləşdirməli, delmitasiya olunmuş səhərd boyunca sərhəd naryadı təşkil etməlidir.

Lakin “Hraparak” qəzeti iddia edir ki, Ermənistan tərəfi Azərbaycanla sərhəddə son antiterror əməliyyatı zamanı Qarabağdan qaçmış qondarma “Qarabağ Müdafiə Ordusu”nun tör-töküntülərini yerləşdirməyə hazırlaşır. Həmin məlumata görə, Qarabağdan qaçmış həmin “ordu”nun tör-töküntüləri Ermənistan Müdafiə Nazirliyinin balansına verilib və xidmətlərini orada davam etdirirlər. Lakin Ermənistan Sərhəd Xidmətinin yetərli qədər hərbçisi olmadığından, Tavuş istiqamətində məhz qondarma “ordu”nun imkanlarından istifadə olunacaq. Yəni, həmin “hərbçilər” sərhəddə xidmət edəcəklər.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ xeyli əvvəl bildirmişdi ki, ölkəsinin Sərhəd Xidməti bütün sərhədləri qorumaq gücündə deyil. O demişdi ki, həmin xidmətin yenidən komplektləşdirilməsi üçün xeyli vaxt lazımdır. Görünür, “kpmplektləşdirmə” dedikdə separatçıların nümayəndələrini və onların qondarma “ordusu”nu nəzərdə tuturmuş.

Bunun Azərbaycan üçün hər hansı risk yaradıb, yaratması nə qədər mümkündür? Azərbaycan Ordusu bütün parametrlərdə Ermənistan ordusundan üstündür. Bunu ermənilər də təsdiqləyirlər. Zaman-zaman Azərbaycan əsgəri ermənilərə lazımi cavabı verməklə, bunu dəfələrlə sübut edib. Lakin Tavuş istiqamətində sərhəddə məhz antiterror əməliyyatında Azərbaycan Ordusuna müqavimət göstərmiş, daha sonra rəsmi Bakının humanistliyi sayəsində Ermənistana keçə bilmiş silahlı separatçıları yerləşdirməklə, lokal toqquşmalar üçün zəmin yarada bilər. Yəni, Qarabağdan qaçan “ordu” sərhəddə dinc durmaya bilər. Onların “qisas” arzusu baş qaldıra bilər.

Hərçənd bu Azərbaycan tərəfi üçün problem deyil. Əgər belə bir hal olarsa, Azərbaycan Ordusu bu dəfə də onlara layiqli cavab verib, yerində oturdacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200415

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930