Fəzail İbrahimli Göytəpədə coşqulu görüş keçirdi
73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Göytəpə şəhərində keçirib. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin iclas zalında keçirilən görüş böyük seçici fəallığı ilə baş tutub. Tədbirdə iştirak edən VHP Sədri, Xalq Şairi Sabir Rüstəmxanlı F.İbrahimli haqqında öz fikirlərini bildirib. Fəzail müəllimin ziyalı, alim kimi üstünlüklərini bildirən xalq şairi onun millət vəkili kimi hər zaman ədalətlilik və xalqın mənafeyindən çıxış etdiyini deyib. Daha sonra F.İbrahimli bu gün dünyada xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Görüş zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri adiyyatı təşkilatların qarşısında qaldıracağını bildirdi. Tədbirdə çıxış edən seçicilərdən Mircəfərova Şəhla, Hacıyevin Mirabdulla, Cəfərov Gülhüseyn 1 sentyabr 2024-ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.
Short URL: https://www.cumhuriyyet.net/?p=203161