VHP-çi xanım namizəd Ucarda təşviqat kampaniyasını davam etdirir – FOTOLAR
94 saylı Ucar seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin köməkçisi Gülnar Hüseynova təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirdi.
Görüşdən öncə şəhidlər xiyabanı ziyarət edildilərək vətən uğrunda canından keçmiş igid oğulların xatirəsi yad edildi.
Daha sonra Ucar şəhəri Gənclər evinin qarşısındakı meydanda seçicilərlə görüş keçirildi. Seçici coşqusu ilə keçən tədbiri giriş sözü ilə açan VHP-nin qadın qolu rəhbəri, tanınmış şair Aysel Səfərli VHP-nin xanım namizədi haqqında məlumat verdi və hər kəsi seçkidə fəal olmağa səslədi. Seçicilərdən Şöhrət bəy, Nazir bəy, Cəlal bəy də çıxış edərək hər kəsi doğru seçim etməyə, Ucarlı gəlininə dəstək olmağa dəvət etdi.
Sonda Gülnar xanım çıxış edərək öz seçki platformasından, ona etimad göstəriləcəyi halda deputat kimi fəaliyyəti haqda danışıb. Ucarın onun üçün doğma bir rayon olduğunu bildirən Gülnar xanım namizədliyinin bu dairədən irəli sürülməsinin də təsadüfi olmadığını bildirdi: “Mən Ucar gəliniyəm, seçdiyim ömür gün yoldaşı ucarlıdır. Bu baxımdan Ucar nənimçün doğmadır”. Seçicilərinə onlardan biri olduğunu, deyən xanım namizəd seçiləcəyi təqdirdə parlamentdə onların səsi və sözü olacağına söz verdi.
Short URL: https://www.cumhuriyyet.net/?p=203190