Navahılarla Rafael Hüseynovun görüşündə kəndin şərəfli dünəni və sabahı haqqında düşüncələr əsas mövzu oldu
63 saylı Hacıqabul-Kürdəmir seçki dariəsindən deputatlığa namizəd, Akademik Rafael Hüseynovun növbəti görüşü Navahı kəndində seçicilərlə idi. Görüşdə VHP sədri, Xalq şairi Sabir Rüstəmxanmlı da iştirask edirdi.
Navahılılara Rafael Hüseynovun verdiyi ilk xoş müjdə bundan ibatrət idi ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin ən yaxın vaxtlarda sabit ünvanında fəaliyyətə başlayacaq Şirvan filialı əslən Navahıdan olan görkəmli söz ustası, XIX əsr ədəbiyyatımızın seçkin şairlərindən olan Mirzə Baxış Nadimin adını daşıyacaqdır.
Azərbaycan Milli Məclisinə qarşıdan gələn seçkilərdə Navahı kənd sakinlərinin həmişə olduğuğu kimi mütəşəkillik və fəallıq göstərəcəyinə əminliyini ifadə edən Rafael Hüseynov yaşadığımız ilin qarşıdakı aylarında bir-birini əvəzləyəcək irimiqyaslı beynəlxalq tədbirlərin hər birinin ölkəmizin dünya arenasında artan nüfuzunun göstəricisi olduğunu söylədi.
Tədbirdə iştirak edən VHP sədri, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Rafael Hüseynovun Azərbaycanın ictimai-siyasi və mədəni-elmi həyatında uzun illərdən bəri davam edən səmərəli fəaliyyətinin yüksək dəyər daşıdığını bildirərək millət vəkili olaraq həm öz parlamentimizdə, həm də Avropa Şurasında 2001-ci ildən indiyədək ümummilli maraqlarımız baxımından apardığı işin çox əhəmiyyətli olduğunu vurğuladı.
Ayrı-ayrı kənd sakinlərinin çoxsaylı suallarını cavablandıran Rafael Hüseynov navahılıların müraciətlərinə həmişə həssaslıqla yanaşdığını, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini gücləndirəcəyini bildirdi.
Navahılı ziyalıların Rafael Hüseynovdan əsas istəklərindən biri tarixin çətin imtahanlarından keçmiş bu kəndin keçmişinin elmi əsaslrala öyrənilməsi və buradan çıxmış, Azərbaycan tarixində izi qalan simaların adlarının və xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşr edilməsi istiqamətindəki səylərin birləşdirilməsinə köməyini əsirgəməməsi oldu.
Rafael Hüseynov Ədəbiyyat muzeyinin navahılı Mirzə Baxış Nadimin adını daşıyan filialının daimi fəaliyyət göstərən ekspozisiyasında bütün bunların mütləq nəzərə alınacağını söylədi.
Navahı ağsaqqalları Rafael Hüseynovun əvvəlki dönəmlərdə olduğu kimi VII çağırış Milli Məclisə üzv seçildikdən sonra da kəndin daha abad və firavan olması yolunda səlahiyyətləri çərçivəsində yeni töhfələr verəcəyinə ümidlərini ifadə etdilər.
Short URL: https://www.cumhuriyyet.net/?p=203216