Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb
VHP-nin 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Gülnar Hüseynova təşviqat kampaniyası çərçivəsində Ucar rayon Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb.
Tədbori VHP Siyasi Şurasının üzvə Şəfəq Quliyeva açaraq namizədin həyat yolu, partiyanın seçki platforması, ölkəmizin gələcəyi barədə nəzərdə tutulan proqram barədə kənd sakinlərinə məlumat verib. O, bildirib ki, VHP Azərbaycanda ən çox seçki təcrübəsi olan siyasi partiyalardan biridir. Bütün dönəmlərdə parlamentdə təmsil olunub, dövlətimizin gələcəyi, insanların xoş rifahı üçün çalışıb. Daha sonra seçiciləri qarşısında çıxış edən
VHP-çi namizəd Gülnar Hüseynova seçki platformasında nəzərdə tutulanlar barədə məlumat verib. Kənd sakinlərinin suallarını cavablandıran Gülnar xanım seçicilərin etimadını qazanacağı halda ölkəmizin, Ucarın xoş gələcəyi üçün calışacağını bildirib.
VHP-nin səlahiyyətli nümayəndəsi Aysel Səfərli və görüşdə iştirak edən şəhid bacısı Firqət Məmmədova namizəd barədə fikirlərini səsləndiriblər.
Short URL: https://www.cumhuriyyet.net/?p=203224