Ramin Abdullayev-Namiq Hümmətov cütlüyü Antalyada otel alır Şok qiymət və şok şərt

19.08.2024 - 15:55

Azərbaycanlı məmurlar – son vaxtlar adları ölkə mediasında tez-tez hallanan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev Türkiyədki daşınmaz əmlaklarını sürətlə genişləndirməkdədir. İstanbul şəhərində çoxlu sayda mənzil və ictimai iaşə obyektinə malik olan cütlük, bugünlərdə Türkiyənin ən böyük turizm mərkəzlərindən biri olan Antalyada da daşınmaz əmlaka sahib olmaq istiqamətində ciddi addımlar atmaqdadır.

Hal-hazırda cütlük Antalyada – şəhər mərkəzindən bir qədər kənarda yerləşən, özündə dəniz və meşə gözəlliyini birləşdirən otellərdən birini almaqla bağlı danışıqlar aparmaqdadır. Olduqca məxfi şəkildə həyata keçirilən danışıqlar prosesi zamanı Ramin Abdullayevlə Namiq Hümmətov otelin gəlir-çıxarı ilə yanaşı, daha bir sıra məsələlər haqqında maraqlanıb ki, bunlardan da biri oteldə işləyən azərbaycanlılarla bağlı olub. Cütlük otelin hazırkı sahibinə açıq şəkildə bildirib ki, onlar oteldə azərbaycanlıların işləməyində maraqlı deyil. Çünki oteldə azərbaycanlıların işləməsi gerçəyi otelin yeni sahibləri, habelə onların buradakı gələcək fəaliyyəti haqqında məlumatların Azərbaycanda yayılması riskini artırır. Bu səbəbdən də alqı-satqı ilə bağlı danışıqların uğurla nəticələnəcyi halda oteldəki azərbaycanlıların müxtəlif bəhanələrlə işdən azad ediləcəyi gözlənilir.

Ramin Abdullayev və Namiq Hümmətovun otel qarşılığında onun sahibinə ilkin olaraq 80-100 milyon dollar arasında pul təklif etdikləri bildirilir. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə otelin kimin adına sənədləşəcəyi ilə bağlı isə Ramin Abdullayevlə Namiq Hümmətov arasında yekdil fikir yoxdur. Namiq Hümmətov oteli Azərbaycandakı yaxınlarından birinin adına sənədləşdirmək istəsə də, Ramin Abdullayev bunun “riskli olduğu” qənaətindədir. Ramin Abdullayev hesab edir ki, otelin Türkiyə vətəndaşının adına rəsmiəşməsi gələcəkdə Azərbaycan dövlətinin aparacağı mümkün təftişdən yayınmaq üçün daha məqsədəuyğundur.

Gələn sayımızda otelin adı və danışıqların digər detalları haqqında ətraflı məlumat verəcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=203253

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031