Fəzail İbrahimli təşviqat kampaniyasını uğurla davam etdirir – MASALLIDA DAHA BİR İZDİHAMLI GÖRÜŞ
73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimli Masallı rayonunun Xırmandalı kəndində seçicilərlə görüş keçirib. Deputatlığa namizədin vəkilləri, kənd camatı, şəhid ailələri və qazilər iştirak etdiyi tədbirdə F.İbrahimli ötən parlament seçkilərindən bu yana ölkəmizin həyatında baş verən mühüm hadisələrə toxunmuş, Zəfər savaşı və beynəlxalq arenada diplomatik uğurlarımızın danışıb. Səmimi şəraitdə keçən görüşdə Fəzail İbrahimli millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyətidövlət qurumlarına müraciət, Masallının gələcəyi, daha da abadlaşdırılması yolunda səylərini artıracağını vurğulamışdır. Tədbirdə seçicilərdən Həsənov Valeh, Gözəlov Qulu, Abasov Şamil, Əhmədov Niftulla, Cəfərov Asif, Abbasov Mürvət, Qurbanov Hafis, Əmənov İntiqam, Yaqubov Əbirəli və başqaları çıxış edərək 1 sentyabr parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirib. Görüşdə sakinlərin şikayətləri dinlənilib, təklif və problemlər qeydə alınıb, xatirə fotoları çəkilib.
Short URL: https://www.cumhuriyyet.net/?p=203282