Ucalığı seçən Şəhid…
Yaşasaydı bu gün 27 yaşın sevincini bölüşəcəkdi-doğmalarıyla, əzizləriylə, dostlarıyla…Amma o Şəhid olmağı, müqəddəs zirvəyə ucalmağı seçdi.
Rufullayev Rasim Yadigar oğlu, 1997-ci ilin 31 avqustunda Yardımlı rayonunun Zevin kəndində Yadigar kişinin ocağında dünyaya göz açdı. Böyüdükcə el-obaya bağlı olmağı, yurda sevgisi onu çoxlarından fərqləndirirdi. Elə bu hisslər də Rasimi 44 günlük Qarabağ savaşında silaha sarılmağa gətirib çıxardı. Müharibənin ilk günündən düşmənə qarşı cəsarətlə döyüşən Rasim işğalçıların geri oturdulmasında, məhv edilməsində böyük şücaət göstərdi. İyunun 11-də Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan Rasimin xidmətləri Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilmiş, Vətən uğrunda, Füzuli və Laçının azad olunması uğrunda medalları ilə(ölümündən sonra)təltif olunmuşdur…
Cənnətdəki beşinci doğum günün mübarək, Şəhidim! Müqəddəs torpaqlarımızın azad olunmasında göstərdiyin kişilik, mərdlik xalqımızn tarixində əbədilik məktəbinin əbədi dayanacağı olsun! İndi rahat olan ruhunla səmalardan salam söylə əlçatan müqəddəs torpaqlarımıza!!!
Short URL: https://www.cumhuriyyet.net/?p=203367