Natiq Sadıqovun “ŞaurmaN1”  fırıldaqları: maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

07.10.2024 - 13:34

Azərbaycan ictimaiyyətində böyük rezonans doğuran “ŞaurmaN1” işinin yeni detalları üzə çıxıb. Obyektiv media araşdırmaları onu göstərir ki, əslində baş verənlərədə zərərçəkən qanunun tanıdığı qrup yox, həbs cəzası alan Aqil Babayevdir. Məsələ burasındadır ki, “ŞaurmaN1” Bakı şəhərində Nizami 81 ünvanında Natiq Sadıqovun rəhbərliyi altında ilkin fəaliyyətə başlayıb. Atası Eldəniz Sadıqovun keçmişdə pivəxana kimi işlətdiyi məkanın profilini dəyişən N.Sadıqov bu işdə özünü doğrultmur. Bir tərəfdən də o zamanlar N.Sadıqovun atasının Türkiyədəki müalicəsinə böyük pullar sərf etməsi Natiq Sadıqovu və biznesini tam iflas həddinə çatdırır. Bu müddətdə həm atasının müalicəsi, həm də digər xərcləri üçün yaxın münasibətdə olduğu Aqil Babayevə pul üçün müraciət edən N.Sadıqovun Aqilə 800 min manata yaxın borcu yaranır. 2010-cu ildə N.Sadıqov Nizami 81 ünvanındakı obyekti sataraq borclarını ödəmək fikrinə düşür. Bu vaxt Aqil Babayev bir dost kimi ona borca görə narahat olmadığını, obyekti işlətməsini məsləhət görür, hətta “ŞaurmaN1” şəbəkəsini böyütmək üçün ona maddi dəstək göstərəcəyini bildirir. N.Sadıqovun dəfələrlə təkidli xahişindən sonra tərəflər arasında şifahi şəriklik anlaşması olur. 2011-ci ildən məhz Aqil Babayevin maddi dəstəyi və birbaşa işin üstündə durması nəticəsində “ŞaurmaN1” şəbəkəsi böyüyür, yeni filiallar açılır. Gəlirlərin həddən artıq artdığını görən Natiq Sadıqov gizli şəkildə həm maliyyə, həm də digər məsələlərdə maxinasiyalara yol verir. Bununla bağlı hətta iclasların birində bütün bunlar açıq müzakirə olunur və Aqil Babayev Natiq Sadıqov və dəstəsinin oğurluqlarını ifşa edir (bu toplantı haqqında növbəti yazımızda geniş məlumat verəcəyik). Aqil Babayev Natiq Sadıqovun həyat tərzində olan bəzi yanlışlıqları, səhvlərini görərək həm şərik, həm də böyük qardaş kimi ona məsləhət verib və danlayır. Bildirib ki, belə işlərdən əl çəkməsə qurduğu biznesə maneə yarana bilər. Onu həm də ətrafında puluna göz dikən, adını dost qoyan şəxslərdən uzaqlaşdırmaq istəyirdi. Görünür, bu, Natiq Sadıqova xoş gəlmir və Natiq Sadıqov və Aqil Babayev arasında münasibətlər 2018-ci ildən daha da kəskinləşməyə başlayır. Onlar arasında son telefon mesajlaşmasında isə N.Sadılqov A.Babayevə səhvlərini etiraf edib yalvararaq bağışlanmasını xahiş edir. İyun ayının 6-da olan bu yalvarışıdan iki gün sonra isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evində 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək, işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlakları ələ keçirilmişdir. Onların qanunsuz hərəkətlərinə göz yumulması, araşdırma sirlərinin dərhal onlara ötürülməsi cinayətkarların özünə əminliyini bir qədər də artırmış, artıq onlar Aqil Babayevi 150 000 manat müqabilində öldürülməsi barədə planlar qurulmuş və bununla bağlı da müvafiq sübutlar hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Ən maraqlı məqam ondan ibarətdir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra müəyyən şəxslər Bakı şəhəri, ”Ağ şəhər” adlanan ərazidə yığışaraq Aqil Babayevin öldürülməsi barədə qərar qəbul etmişlər. Burada bütün məqsəd Aqil Babayevin 9 000 000 (doqquz milyon) manat pulunu, bahalı avtomobillərini, bağ evlərini, qızıllarını və digər əmlaklarının qaytarılmasının qarşısının alınmasıdır. Buna qədər də N.Sadıqovun Aqil Babayevə qarşı xain planları olub. Məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Ceyhun Məhərrəmova 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) ŞAURMA №1 nömrəli əmtəə nişanına hüququnun təsbit edilmiş həmin sertifikat verilmişdir. Söhbətin dövlət qurumu tərəfindən təsdiq edilmiş rəsmi sənəddən getdiyini nəzərə alsaq, Məhərrəmovun şəxsi razılığı olmadan kiminsə bu sənədə dəyişiklik edə biləcəyini heç ağlına belə gətirməyib. Əmtəə nişanı hüququ Natiq Sadıqovun xalasıoğlu Teymur İmaməliyevin adına qeydiyyatdan keçib.Eyni zamanda, həm buraxılış tarixi, həm də reyestr nömrəsi C.Məhərrəmovun hüquqları ilə eyni idi. Belə çıxır ki, eyni sənəd eyni vaxtda iki müxtəlif hüquqi şəxsə verilib. Amma bu baş verə bilməz, elə deyilmi? Sonra mən bu hekayənin dolaşıqlığını açmağa başladım və nəticədə İmamverdiyevin başqasının əmtəə nişanının mənimsənilməsi ilə bağlı sövdələşməsinə nail olan fırıldaqçılıq və saxtakarlığın mürəkkəb texnologiyasını üzə çıxardım. Sənədi notarial qaydada təsdiq etmədən həqiqi mülkiyyətçi Ceyhun Məhərrəmovun ona hüquqların könüllü keçməsi haqqında imzasını saxtalaşdırıb. Bundan sonra o, Standartlaşdırma üzrə Dövlət Komitəsinin məsul şəxslərinin “köməyi ilə” əqli mülkiyyətə sahiblik barədə saxta sənəd alıb. Daha sonra İmamverdiyev özünə yaxını Səbuhi Əliyevi şərik tapır və ona yenidən mülkiyyət şəhadətnaməsi verib. Lakin artıq bu dəfə gözlənildiyi kimi, notarius vasitəsilə. Və bir müddət sonra Səbuhi Əliyev də notarius vasitəsilə həmin sənədi İmaməliyevin özünə yenidən rəsmiləşdirib. Saxta sənədi “yuyaraq” və bununla da əqli mülkiyyətin “qanuni” sahibinə çevrilən, özünü toxunulmaz hiss edən Teymur İmaməliyev bir şeyi nəzərə almayıb ki, pullardan fərqli olaraq, rəsmi sənədlərin “yuyuluması” daha çətindir.
Bundan əlavə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Madriddə (İspaniya) yerləşən mənzil-qərargahı 3 mart 2010-cu il tarixli 2010 0274 reyestr nömrəli ŞAURMA №1 nömrəli əmtəə nişanı hüququn Ceyhun Məhərrəmova aid olduğunu təsdiq edən cavabı elektron məktub ilə göndərib. Həmçinin bu hüququn 2023-cü ilin oktyabr ayının sonuna qədər Belarus, Çin, İran, Qazaxıstan, Ukrayna və Rusiya ərazisində də tanındığı təsdiqlənib. Bu sənədlərin  məzmunu heç bir şübhə yeri qoymur ki, “təşəbbüskar” Teymur İmaməliyev nəinki mənimsənilmiş əqli mülkiyyət hüququnu itirəcək, həm də ola bilsin, sənəd uydurmaq və dövlət zəmanəti altında olan əmlakın mənimsəməsinə görə bir neçə ilə qədər azadlığınından məhrum olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=203446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930