7-ci Elm ve Mədəniyyət tədbiri Samsunda Türk dünyası uşaqlarını bir araya gətirəcək…
Türk dünyasının çocuklarını bir araya gətirən Elm və Mədəniyyət Şənliyi bu il 20-22 noyabr 2024-ci il, Türkiyənin Samsun şəhərində keçiriləcəkdir. Türk Dünyası Çocuk Vakfı (TDÇV) tərəfındən bu il 7-ci dəfədir ki, düzənlənən şənlikdə Türk cumhuriyyətləri daxil olmaqla iyirmidən çox ölkənin nümayəndələri öz layihələrini sərgiləyəcəkdir.
Mərkəz Valisi və TDÇV Başqanı Güngör Azim Tuna Türk dünyasının hər bölgəsindən və Türkiyə içindən tədbirə qatılacaq minlərlə tələbənin layihələrinin yarışacağını bildirərək, dərəcə alan alacaq layihələr üçün toplam 300 min TL mükafat ayrıldığını qeyd edib.
Tədbirə qatılan tələbələrin ixtira və tasarımlarının fərqli kateqoriyalarda yarışacağını açıqlayan Azim Tuna hər bir layihənin elm insanlarından təşkil olunmuş özəl bir münsif tərəfindən qiymətləndiriləcəyini də qeyd etdi. Tuna bu tədbirin “Özəlliklə orta məktəb səviyyəsindəki uşaqlar üçün yarış olduğunu da dilə gətirib. Uşaqlarımız bu yarışa internetdən pulsuz şəkildə qeydiyyatdan keçə bilərlər. Finala qalacaq yüz layihə sahibi uşaqları isə müəllimləriylə birlikdə Türkiyədə bir həftə qonaq edəcəyik.. Onların yol xərci və qalacağı yerlərin xərcləri qarşılanacaq və ən gözəl şəkildə ölkələrinə uğurlanacaqlar.” – dedi.
Elm və mədəniyyət tədbirində geri sayımın başladığına diqqət çəkərək qatılmaq istəyənlərim 20 oktyabr, 2024-ci il tarixinə qədər layihələrini göndərməsi lazımdır. Hazır projesi olan, ya da üzərində çalıştıqları layihəsi olan şagirdlər müəllimləriylə məsləhət edərək www.tdbo.org internet səhifəsi üzərindən layihələrini göndərə bilərlər.
Eyni zamanda elm və mədəniyyət şənliklərinin önümüzdəki illərdə də davam edəcək, “Türk Dünyası Çocuk Vakfı” olaraq şənliklər Türkiyədə, həm Türk dünyasının başqa ölkələrində də davam edəcəkdir.
Aysel Səfərli
Short URL: https://www.cumhuriyyet.net/?p=203471