Azərbaycan quberniyalara bölünür

03.01.2014 - 00:36

Bölgələrin
oliqarxlar tərəfindən kuratorluq sistemi ilə idarə olunması rəsmiləşə bilər


Bölgələrin
oliqarxlar tərəfindən kuratorluq sistemi ilə idarə olunması rəsmiləşə bilər


Bu gün Azərbaycanın rayonlarının ayrı-ayrı məmurlar arasında bölüşdürülməsi, yəni
kuratorluq sistemi artıq dolayı yollarla rəsmi dairələr tərəfindən də etiraf
olunmuş bir faktdır. Elə nəqliyyat naziri Ziya Məmmədovun Qubada baş verən
hadisələr zamanı narazı sakinlərin qarşısına çıxaraq üzr istəməsi, ardınca İsmayıllı olaylarında sabiq nazir
Füzuli Ələkbərovun gündəmə gəlməsi faktı da bir növ kuratorluq sisteminin
etirafı idi. Hər halda, Qubada baş verənlərin açıqda nə nəqliyyat nazirliyinə,
nə də Ziya Məmmədov şəxsinə heç bir aidiyyatı olmamalı idi. Amma nazir üzr istəməsii
ilə bu rayona cavabdeh olduğunu etiraf etmişdi.
“Yeni Cumhuriyyət”ə daxil olan məlumatlardan
aydın olur ki, rayonların kuratorluq sistemi ilə idarə olunması rəsmiləşə bilər,
daha doğrusu, fərqli formada qanuniləşə bilər. Bu barədə Nazirlər Kabinetindəki
qaynağın iddia etdikləri: “Əslində kuratorluq sistemində elə bir qəbahət
yoxdur. Sadəcə olaraq, bizdə bu prosesin anormal tərzi hökm sürdüyündən və
kuratorların özlərini həmin rayonların padşahı hiss etməsi səbəbindən problemlər
ortaya çıxır”.
Mənbəmiz bildirir ki, Rusiyada Putinin hakimiyyətə gəlişindən sonra anoloji
sistem rəsmən yaradıldı: “Doğrudur, Rusiyada mənzərə tamam fərqlidir. Orada 89
avtonom quruluş var və həmin quruluşların üzərində Rusiyanın vahidliyinin
qorunmasını təmin edəcək 7 idarəedici ərazi dairəsi formalaşdı və bu dairələrə
prezidentin nümayəndələri rəhbər kimi təyin olundu”. Anoloji sistemin Azərbaycanda da yaradılacağını bildirən mənbəmiz
vurğuladı ki, bu bir növ qubernatorluğun yaradılması anlamına gələcək: “Bir neçə
rayon bir ərazi vahidində birləşdiriləcək və həmin ərazi vahidlərinə
prezidentin nümayəndələri təyin olunacaq. Yerli icra hakimiyyətləri isə ləğv
edilib, əvəzində hakimiyyət bələdiyyə sədrlərinə ötürüləcək. Əslində, bu
addımın atılması ilə həm də beynəlxalq təşkilatların illərdir səslənən
iradlarına cavab verilmiş olacaq”.
Mənbəmiz bildirir ki, burada bir neçə maraq təmin edilmiş olur: “Təbii ki,
hakimiyyət rayonlarda nəzarətini qoruya bilməsi üçün qubernatorluq sistemini tətbiq
etməklə, həm də məmurların kuratorluğunu rəsmiləşdirir. Yəni yenə də əvvəlki
kimi hər bir məmura yaxın şəxs onun nəzarəti altında olan rayonları yönəldəcək.
Digər ikinci maraq isə, təbii ki, vurğuladığımız məqamdır və burada yerlərdə
hakimiyyətin bələdiyyələrə ötürülməsi prosesinə start verilməsidir”. Mənbəmiz
onu da əlavə etdi ki, sözügedən proseslərə 2014-cü il start veriləcək:
“Bunun üçün müvafiq hüquqi baza hazırlanmalı, qanunlar qəbul edilməlidir”.

Rasim

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=3108

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31