Şahdağda İsveçrə məzənnəsi

05.01.2014 - 16:48

“Şahdağ” otelində bir nəfərlik otağın qiyməti səhər yeməyi daxil 139, “Zirvə”də isə 109 manatdır

“Şahdağ” otelində bir nəfərlik otağın qiyməti səhər yeməyi daxil 139, “Zirvə”də isə 109 manatdır

 

 

 
Son günlər Qusardakı “Şahdağ” turizm kompleksinə gedənlərin sayı artıb.

Hətta sosial şəbəkələrdə bu istiqamətdə
yollarda avtomobil tıxaclarına dair fotolar paylaşılır.

Bəs, Bakının 180 kilometrliyində yerləşən bu kompleksdə xizək sürməyin bir günü neçəyə başa gəlir?
Xizək
zolaqlarından istifadə böyüklər üçün bir günlük 22, yarım günlük 11
manatdır. 11 yaşına qədər uşaqlar üçün isə bu qiymətlər müvafiq olaraq
17 və 9 manat təşkil edir.
Xizək və sürüşmək üçün digər avadanlıqların kirayəsi 30 manata başa gəlir. Kanatda bir dövrənin qiyməti 6 manatdır.
 
ƏN UCUZ OTEL 109 MANATADIR
Kompleksdə
otel kirayələyib istirahət etmək istəyənlər bir qədər gözləməli
olacaqlar. Burdakı otellərdə yanvarın 6-na qədər bütün yerlər tutulub.
“Şahdağ” otelində bir nəfərlik otağın qiyməti səhər yeməyi daxil 139, “Zirvə”də isə 109 manatdır.
Otellərdə ancaq Avropa yeməkləri verilir. Kompleksin baş aşpazı argentinalıdır.
“Şahdağ”
Qış-Yay turizm kompleksinin tikintisinə 2009-cu ilin sentyabrında
başlanıb. 2 milyard avro dəyərləndirilən bu layihənin 4 mərhələdə, 6-7
ilə tamamlanması planlaşdırılır.
Dövlət vəsaiti ilə yanaşı, layihəyə özəl investisiyalar da cəlb olunub.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=3190

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930