Suriya müxalifətində yüzlərlə azərbaycanlı

07.01.2014 - 01:10
Bəşər Əsədə qarşı döyüşən soydaşlatımız əsasən Quba,
Qusar, Xaçmaz, Şəki, Zaqatala bölgəsindəndir

 
 
Suriyada öldürüldüyü bildirilən sonuncu iki azərbaycanlının
Sumqayıtdan olduğu ehtimal edilir. Bu barədə mücahidlərə məxsus
saytların yaydığı məlumata görə, onlar “Əl-Qaidə”yə bağlı olan “Əl-Nüsra
Cəbhəsi”nin sıralarında döyüşən azərbaycanlılardır.

Ümumiyyətlə Bəşər Əsədə qarşı döyüşən azərbaycanların əsasən Quba,
Qusar, Xaçmaz, Şəki, Zaqatala bölgəsindən getdiyi bildirilir.
Qeyri-rəsmi məlumatlara görə təkcə Şəki, Zaqatala bölgəsindən Suriyaya
gedənlərin sayı 250 nəfəri ötüb. Bu bölgədən gedənlərin əksəriyyəti isə
Zaqatalanın Muxax kəndinin sakinləridir.

Hətta Suriyaya öz ailələri ilə birgə gedənlər də az deyil. Bəzi
məlumatlara görə indiyədək döyüşlərdə həlak olan azərbaycanlıların sayı
40-ı ötüb. Suriyaya gedən azərbaycanlıların əsasən radikal dini
təriqətlərin daha geniş yayıldığı bölgələrdən getməsi də təsadüfi deyil.
Gənclərin müxtəlif dini təriqətlərin təsiri altına daha tez düşdüyü
deyilir. Nəticədə isə onlar döyüşlərin getdiyi qaynar nöqtələrə könüllü
şəkildə gedirlər. Həmin şəxslər isə cihadın Allahın əmri olduğuna
inanırlar.

Maraqlıdır ki, Suriyada döyüşə gedənlərin bəziləri hansı məqsədlə
döyüşdüklərini bilmirlər. Məsələn, Suriyadakı döyüşlərdə həlak olan
Muxax sakinləri Rizvan Süleymanov və Rəşad Məmmədovun yaxınları ANS-ə
açıqlamalarında onların din uğrunda döyüşdüyünü və müharibəyə xeyir-dua
ilə yola saldıqlarını deyirdilər.

Amma son vaxtlar ABŞ və Böyük Britaniyadan olan mütəxəssislərin
arşdırması nəticəsində məlum olub ki, Suriyaya döyüşmək üçün gedənlərin
konkret maraqları var. Suriya bölgəsi üzrə mütəxəssis Emin Həsənovun
sözlərinə görə əgər əvvəllər Suriyaya döyüşmək üçün pərakəndə şəkildə
gedilirdisə, indi daha mütəşşəkildir və bəzi dövlətlər, xüsusilə də
Səudiyyə Ərəbistanı döyüşçülərin getməsinə öz dəstəiyni göstərir.

Azərbaycanlıların Suriyaya keçməsi üçün marşurut da var.
Türkiyə-Suriya sərhəddinə çatanlar sadəcə pasportunu təqdim edirlər.
Suriya sərhəd-gömrük məntəqəsində dayanalar isə sadəcə pasporta
baxırlar. Türkiyənin bəzi sərhəd məntəqələri Suriyadan gələn yaralıların
Türkiyəyə çatdırılması və ora gedən humanitar yardımlar üçün açıqdır.
Ona görə də Suriyaya keçən humanitar yardımları daşıyan iri tonnajlı
maşınların içərisində olmaqla da sərhədi adlamaq çətin deyil. (ans)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=3250

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930