“Bağçalarla bağlı yeni qaydalar hazırlanacaq” – Nazir

28.06.2022 - 16:22

“Təhsil Nazirliyi bağçalarla bağlı diaqnostik qiymətləndirməni bitirib. Bizim bir neçə istiqamətdə işimiz gedir, bu məsələdə bu il üçün bir neçə proitet sahə var. Çünki bütün işləri birdən-birə görmək mümkün deyil”.

Cumhuriyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, birinci mərhələdə əsas iş bağçalara şagird qəbulunun qaydaya salınmasıdır:

“Şagird qəbulunun vahid platforma üzərindən həyata keçirilməsini istəyirik. Hazırda bununla bağlı ölkə üzrə məlumat bazası formalaşmamaqdadır. İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır. Bunun da şəffaflığa, işə qəbul prosedurlarına daha səmərəli töhfə verəcəyinə inanıram. Mingəçəvir və digər şəhərlərdə bağça müdiri vəzifələri boşdur. Bir məsələ direktorların bağçalara işə qəbul prosesinin şəffalaşması və bunun müsabiqə əsasında aparılmasıdır. Bu prosesin yay ərzində aparılmasını planlaşdrırıq. Bağçalarla bağlı uşaqların qidalanma məsələsi daha çətin və vacib məsələlərdən biridir. Düşünürəm ki, bununla bağlı qaydalar köhnəlib, yeni qaydaların hazırlanması zamanı çatıb. Ancaq həmin qaydaları hazırlamaq zaman tələb edir və bunlar icra oluna bilən olmalıdır. Bu istiqamətdə işlərimiz davam edir”.

Nazir deyib ki, 1680 bağçada monitorinq aparılıb:

“Hansı bağçada vəziyyətin necə olması barədə ilkin təsəvvürlərimiz var. Hazırda bir neçə bölgədə auditlər həyata keçirilir. Onların da nəticələri əsasında müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, yaxud daha ciddi əmək qanunvericiliyində nəzərdə tutulmuş məsələlərlə bağlı bu həftə ictimaiyyətə məlumat veriləcək. Bundan əlavə, ilkin mərhələdə məktəblərin, bağçaların tikinti məsələsi də gündəmdə olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177607

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930