Qarabağda “konyak diplomatiyası” oyunu… – TƏHLİL

20.02.2024 - 11:20

Fevralın 16-da Münhendə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb. Görüşdə Əliyevin ATƏT-lə bağlı tələbi diqqət çəkib.

Belə ki, Prezident Qarabağ münaqişəsini başa çatdığını bir daha vurğulayıb və qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməlidir.

Əvvəlcə onu deyim ki, ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsizdir və birtərəfli qaydada həmsədrlərdən biri tərəfindən onsuz da ləğv edilib. Belə ki, 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini demişdi. Rəsmi Moskva Ukrayna müharibəsi ilə əlaqədər olaraq digər həmsədrlər ABŞ və Fransanın onlarla birgə işləmədiyini əsas gətirərək bu addımı atmışdı.

Bu gün isə Ermənistan tərəfindən qurumun canlandırılmasına çalışılır. Lakin Əliyevin “Qarabağ münaqişəsi başa çatıb” arqumenti bu təşəbbüsü mümkünsüz edir.

Ümumiyyətlə, münaqişə faktiki olaraq bitib. Qurum münaqişənin sülh yolu ilə həlli məqsədi ilə yaradılmışdı. Geridə qoyduğumuz 30 il ərzində həmsədrlərin regiona əhəmiyyətsiz səfərləri ilə buna nail oluna bilmədi. Əksinə ildən-ilə Ermənistanın “konyak diplomatiyası”na aludə olan həmsədrlər ciblərini dolduraraq tərəfsizliyi itirdilər. Nəticədə İkinci Qarabağ müharibəsi başladı və proses Azərbaycanın hərbi yola əl atması ilə tənzimləndi.

Bu və ya başqa formada bu gün “Dağlıq Qarabağ” adlı bir münaqişə yoxdur. Belə olan təqdirdə bu qurumların fəaliyyətinin mümkünlüyündən söhbət gedə bilməz.

Diqqətçəkən digər məqam isə Prezident İlham Əliyevin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını vurğulamasıdır. Bu kontekstdə Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşündə “vasitəçi” deyil, “təşəbbüsçü” olmasının qabardılmasının da məqsədi budur. Şolts vasitəçi deyil, ev sahibi kimi görüşün baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub, çünki Azərbaycan-Ermənistan münasibətləri artıq ikitərəfli xarakter daşıyır.

Nəticə etibarilə rəsmi Bakı keçmişin qalıqları olan və artıq bitmiş bir münaqişənin izlərini daşıyan qurumların fəaliyyət göstərməsini istəmir. Buna görə də haqlı tələb kimi adıçəkilən qurumların ləğvini tələb edir.

Turan Rzayev, MİA.AZ

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=198619

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930