“Vaqner” Tovuza gəlir? – Səfirin açıqlamasının şifrələri çözülür

01.08.2020 - 11:36

Rusiya ilə Belarus arasında yaşanan “Vaqner” gərginliyinin yeni detalları üzə çıxıb.

Yenicag.az xəbər verir ki, Rusiyanın Belarusdakı səfiri Minskdə yaxalanan “Vaqner” özəl hərbi şirkətinin 32 döyüşçüsünün təyyarə ilə İstanbula qaçma planlarının olduğunu açıqlayıb.

TASS xəbər agentliyinə açıqlama verən səfir Dmitri Mezentsev “Vaqner” döyüşçülərinin Belarusun daxili işlərinə müdaxilə üçün gəlmədiklərini, buradan İstanbula getməyi planlaşdırdıqlarını və daha sonra üçüncü ölkəyə gedəcəklərini söyləyib.

“Hələlik təsdiq edilməmiş məlumata görə, ruslar xaricdə, Belarusda deyil, başqa yerdə enerji infrastrukturunu və qaynaqlarını qorumaq üçün vəzifələndirilən özəl hərbi şirkətin işçiləri ola bilərlər”, – deyə səfir qeyd edib.

Maraqlıdır ki, səfirin sözlərində “başqa yerdə enerji infrastrukturunu və qaynaqalarını qorumaq” sözləri diqqət çəkir. Nəzərə alsaq ki, hazırda “enerji infrastrukturu və qaynaqlarını qorumaq” məsələsi dedikdə, Tovuz yada düşür. Bu qrupun Tovuz bölgəsinə gəlmə ehtimalı da nəzərdən qaçmamalıdır. Belə ki, əksər ekspertlər ermənilərin Tovuzu hədəf seçməsində məhz enerji xəttini hədəf götürdüklərini vurğulayırlar. Türk Ordusunun Naxçıvanda təlimlərlə yanaşı Tovuza, bu xəttləri qorumaq üçün Azərbaycan silahlı qüvvələrinə dəstək birliyi göndərəcəyi də vurğulanır. Belə olan təqdirdə, “”Vaqner” enerji xəttini qorumaq üçün çağırılıb, yoxsa ermənilərin Azərbaycan ordusu qarşısında bacarmadığını etmək üçün gəlir?” sualı açıq olaraq qalır. Hər ehtimala qarşı Azərbaycana və Gürcüstana yalnız İstanbul üzərindən hava girişinin olduğunu da nəzərdən qaçırtmamalıyıq. Yəni, səfirin sözlərinin şifrələri hazırda qaynar bölgə sayılan Tovuzu göstərməkdədir. Onu da nəzərə alsaq ki, rus mətbuatı hələ Tovuz döyüşlərinin ilk günlərində türklərin bölgəyə Azad Suriya Ordusunu yeridəcəyinə dair dezinformasiyanı yaymışdı. ASO-nun rəqibi “Vaqner”in bölgəyə soxulmaq istəməsi heç də təəccüblü gəlməməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930