“Vaşinqton Post” yazır: “Putin çaş-baş görünür”

28.02.2022 - 22:53

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Müharibə Putinin düşündüyü kimi getmir. Konqres Ukraynaya təcili yardım ayırmalıdır” başlıqlı məqalə dərc edilib. Məqalə redaksiya heyəti adından təqdim olunub.

Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Rusiyanın özündənrazı prezidenti Vladimir Putin bir neçə gündür Ukraynada müharibəyə başlayıb, ancaq proseslər göstərir ki, müharibə onun düşündüyü kimi getmir: “Rusiya indiyədək Ukraynanın heç bir iri şəhərini ələ keçirə, ölkənin hərbi sistemini sıradan çıxara, hakimiyyətini başsız qoya bilməyib. Rusiya Müdafiə Nazirliyi artıq itkilər verdiyini etiraf edib, eyni zamanda hər hansı ciddi qələbədən söz açmayıb”.

Məqalədə Putinin müdafiə nazirinə və Baş Qərargah rəisinə nüvə qüvvələrini xüsusi döyüş növbəsinə keçirmək əmri verməsinə də bu kontekstdən yanaşılır, bildirilir ki, bu əmr bir yandan narahatlıq doğurursa, yeni təhlükələrə işarədirsə, o biri yandan da prezident Vladimir Zelenskinin dirənişindən ilhamlanmış Ukrayna Ordusunun, könüllülərinin Rusiyaya güclü müqavimət göstərdiyini təsdiqləyir və ümidləri artırır.

Ancaq “Vaşinqton Post”un redaksiya heyəti hesab edir ki, Putinin ən böyük dərdi ABŞ-ın, Avropa Birliyi dövlətlərinin, Yaponiyanın, Avstraliyanın və digər ölkələrin Ukraynanı yekdilliklə dəstəkləməsi olmalıdır.

Məqalədə deyilir ki, dünya demokratiyaları sözdən əmələ keçib, ard-arda Rusiyaya sərt sanksiyalar tətbiq olunur: “Putin bu sərt cavabları Qərbin Rusiya ilə düşmənçiliyinə sübut kimi göstərir, halbuki bütün bunlar onun demokratik birlik haqda təsəvvürünün, həmin birliyi parçalaya biləcəyi istiqamətində hesablamalarının puça çıxdığına sübutdur”.

“Vaşinqton Post” bildirir ki, Ağ ev Konqresdən Ukraynaya hərbi və humanitar yardım göstərilməsi üçün 6 milyard dollar ayrılmasını istəyib, hərçənd müstəqil ekspertlər yardımın 10 milyard dollar olmasını daha məqsədəuyğun sayırlar.

ABŞ-ın “ABC News” telekanalı ilə birgə keçirdiyi ictimai rəy sorğusunu xatırladan “Vaşinqton Post” qəzeti qeyd edir ki, həmin sorğu yetkin yaşda olan amerikalıların 67 faizinin Rusiyaya qarşı sanksiyaları dəstəklədiyini göstərib.

“Vaşinqton Post”un redaksiya heyəti hesab edir ki, Konqres üzvləri bunu nəzərə almalı, təcili toplaşaraq Ukraynaya tələb olunan bir neçə milyard dollarlıq yardıma yekdilliklə səs verməlidir: “İctimai rəy sorğusunda iştirak edən amerikalıların yarıdan çoxu bəyan edib ki, sanksiyalara hətta enerji daşıyıcılarını bahalaşdırsa belə tərəfdar çıxır. Ukraynalıların müqaviməti ilə Qərbin vahid mövqeyi arasındakı Putin tamam çaş-baş görünür. ABŞ Konqresi onun dərdinin üstünə dərd gətirməli, Putini əlavə problemlərlə yükləməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=171313

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930