“Bəzi müəllimlərin direktor olmasını istəmirik” – Təhsil naziri

28.06.2022 - 15:19

“Məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı çoxdur. Lakin seçim üçün yaradılan komissiya bu vəzifəyə uyğun olanların sayının az olduğunu üzə çıxarır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, məktəb direktoru olmaq üçün uyğunluq çox önəmlidir:

“Çox yaxşı müəllimlərimiz var və direktor olmaq istəyirlər. Lakin biz onları direktor kimi görmürük. Çünki onlar müəllim kimi çox yaxşı iş görürlər. Biz yaxşı müəllimi itirib, zəif direktor əldə etmək istəmirik. Ona görə də hazırda bu istiqamətdə müəyyən işlər görülür. Yeni tədris ilinin əvvəlində bu barədə hesabat xarakterli məlumat veriləcək”.

Nazir bildirib ki, regional təhsil idarələri direktorların seçimində müəyyən rol oynayacaqlar: “Bu, az şagird kontingenti olan məktəblər üçün keçərli olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930