I qrup üzrə neçə nəfər ixtisas seçimi edə biləcək? – RƏSMİ
2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumat I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb.
Bildirilib ki, qəbul imtahanlarının nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 13 min 982, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 19 min 30 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.
Xatırladaq ki, ali təhsil müəssisələrinə I-IV qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır.
Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.
Short URL: https://www.cumhuriyyet.net/?p=180691