ABŞ yeni inqilab ixracına başlayır – “Şist inqilabı”

04.03.2015 - 23:13

Neftin barreli 1 ucuzlaşanda
Rusiya büdcəsi 2,2 milyard itirir. Çünki ixracatın üçdə ikisi, büdcə
gəlirlərinin yarıdan çoxu neft-qazdan formalaşır. Amma hər şeyin qaydaya
düşəcəyini gözləməyə dəyməz, deyə RF Energetika və Maliyyə İnstitutunun
mütəxəssisləri bildirir. Amerika neftin 50
dollara düşməsini vecinə almır, sakitcə seyr edir deyə institutun
əməkdaşı Nikolay İvanov məruzəsində bildirir. Əgər qiymət belə qalsa,
hasilat sutkada 500 min barrel azalacaq, bu isə bazarda situasiyanı
dəyişmək üçün yetərli deyil.
Hazırda ABŞ
sutkada 11,81 mln barrel hasil edir. 2014-cü ilin sonunda ABŞ  Rusiyanı
ikinci yerə sıxışdıraraq (sutkada 10,93 mln barrel) liderliyə yüksəldi.
Qaz hasilatında isə Rusiyanı ötüb. Hər iki halda bu, şist texnologiyalar
hesabına olub. O, qaz hasilatını 100%, neft hasilatını 95% artırmağa
imkan verib. “Şist inqilabı hələ indi başlayır –
deyə Nikolay İvanov bəyan edib. – Bu, texnologiya məsələsidir. Hətta
neft indiki qiymətdə qalsa da, hasilat artacaq”.
Bununla
belə, amerikalılar vəziyyətdən çıxış yolu tapıblar. Həmin yataqlarda
onlar hasılatın hətta minimal qiymətlərdə də rentabelli qalacağı sahə və
laylar tapıblar. Ekspertin sözlərinə görə, bu gün eyni şey neft
hasılatı ilə bağlı da baş verir. İvanovun
sözlərinə görə, xülasə, şist hasılatı həm coğrafi, həm də iqtisadi
nöqteyi-nəzərdən çox manevrlidir. Bununla yanaşı, şist nefti hasilatı
ətraf mühit üçün daha az ziyanlı olur. Bu günə şist neft və qazı
hasilatı üçün əsas əngəl məhz ekoloqların ehtiyatıanmasıdır. Ancaq
Nikolay İvanovun fikrincə, texnologiyaların təkmilləşdirilməsi
əhəmiyyətli dərəcədə bu problemi həll edib.
Ancaq
ekspert iddia etmir ki, hər bir şist hasilatı ekoloji cəhətdən
ziyansızdır: “Hər bir işi yaxşı və pis, çirkli və təmiz etmək olar”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=16804

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930