“Qaçqınkom” şuşalı gənci aldadıb: “Kasıbçılıqdan…”

02.10.2018 - 13:26

Bu günlərdə dözülməz şəraitdə yaşadığı ilə bağlı

Azinforum.az İnformasiya Portalına müraciət edən əslən Şuşadan olan məcburi köçkün Əliyev Aqşin Səyyar oğlu yenidən redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onun şikayəti ilə bağlı biganəliyini davam etdirir:

“Sizin saytda mənim şikayətim yayımlanandan sonra onlar bizimlə əlaqə saxlayıblar. Mənim mobil telefonum olmadığı üçün onlar atamla danışıblar. Özünü “Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri kimi təqdim edən şəxs atamdan mənim niyə mediaya şikayət etdiyimin səbəbini soruşub.

Atam onlara bunun mənim haqqım olduğunu izah etdikdən sonra, onlar bizim yaşadığımız ünvanı dəqiqləşdiriblər və deyiblər ki, tez bir zamanda əlaqə saxlayacaqlar. Həmin gündən 15 gün keçsə də, bizimlə heç kim əlaqə saxlamayıb.

Bir daha xatırladıram ki, mən ailəmlə birlikdə kirayədə yaşayıram. Ali təhsilli olsam da, hazırda işsizəm. Bütün parametrlərimiz məcburi köçkünlər üçün inşa olunan mənzillərdən birini əldə etməyə uyğun gəlsə də, nədənsə, “Qaçqınkom” bizim ailəyə qarşı ayrıseçkiliyini davam etdirir.

Çox təəssüf edirəm ki, bizə olan münasibət “Qaçqınkom”un əvvəlki rəhbərliyinin vaxtında necəydisə, hazırda da o qaydada davam etdirilir. Çox çıxılmaz durumdayam. Şəraitsizlik, kasıbçılıq ucbatından mən iki azyaşlı övladımın üzünə baxa bilmirəm. Xahiş edirəm ki, mənim səsimi ölkə rəhbərliyinə çatdırasınız”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də mövqeyini dinləməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123206

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930