Koroğlunu narkotiklə tutdular

07.11.2018 - 14:49
Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin Muxtar Respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) Qaynarinfo-ya verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.
Belə ki, Naxçıvana gələn 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı “Renault” markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.
Gömrükçülər qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə – heroin aşkar edərək götürüb.
Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyə gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İstanbul şəhərinə aparacağını deyib.
Faktla bağlı Naxçıvan DGK-nın İstintaq şöbəsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124351

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930