Uşaqları döyən bağça müdirinə cinayət işi açılıb

14.11.2018 - 10:32

 

Bakıdakı “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova barəsində cinayət işi başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, Yasamal rayonunda yerləşən “Kids Studio” Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalmasından sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.

Yasamal Rayon Prokurorluğunda araşdırılan cinayət işi artıq yekunlaşaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib.

Məhkəmənin vaxtı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio” Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb.
Bağçanın müdiri N.Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124558

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930