574-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 574-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 475 təyyarəsi, 249 helikopteri, 6945 PUA-sı, 438 zenit-raket kompleksi, 12 009 tank və digər zirehli texnikası, 1152 reaktiv yaylım atəş sistemi, 6462 […]

Putin oktyabrda Çinə gedəcək

  Rusiya Prezidenti Vladimir Putin Çində keçiriləcək “Bir kəmər, bir yol” forumunda iştirak edəcək. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Putin özü bildirib. O, Çin lideri Si Cinpinin oktyabrda “Bir kəmər, bir yol” forumunu ziyarət etmək dəvətini qəbul etdiyini söyləyib.

Roma Statutu Ermənistan parlamenti tərəfindən ekspertizadan keçirilib

Ermənistan hökumətinin Parlamentə göndərdiyi Roma Statutu ölkənin qanunverici orqanının departamentləri tərəfindən ekspertizadan keçib. Bildirilir ki, hüquqi ekspertiza baxımından mübahisəli normalar müəyyən edilməyib, lakin layihəyə beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğu haqqında sertifikatın əlavə olunmadığı göstərilir. Ekspertiza qeyd edib ki, sənəddə Ermənistan qanunvericiliyində fərqli şəkildə ifadə olunan bir sıra termin və anlayışlar var.

Bayden Putini diktator adlandırdı

ABŞ Prezidenti Co Bayden yenidən Rusiya Prezidenti Vladimir Putini diktator adlandırıb. Cumhuriyyet.net xəbər verir ki, Bayden bunu Nyu Yorkda seçki kampaniyası üçün ianə toplanması mərasimində çıxış edərkən deyib. “Mən Putin kimi diktatorların tərəfini tutmayacağam”, – Bayden bildirib.

Bu il Gürcüstanda ölənlərin sayı yeni doğulanlardan çox olub

2023-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstanda 19 431 körpə dünyaya gəlib, 21 944 nəfər vəfat edib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, cari ilin birinci yarısında ölkədə təbii artım göstəricisi mənfi 2 513 nəfər olub. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində, həmçinin Acarıstan Muxtar Respublikası və […]

Ərdoğan: Türk dünyası yeni bir oyanış və dirçəliş dövründədir

Türk dünyası yeni bir oyanış və dirçəliş dövründədir. Cumhuriyyet.net-in verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-cu Dünya Türk İş Assambleyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Türk dünyası bu gün yeni vizyon və güclü potensiala malikdir. Ərdoğanın sözlərinə görə, TDT ölkələri sadəcə təşkilat çərçivəsində deyil, həm də ortaq maraqların qorunması […]

Fidan: TDT Türkmənistan qazının nəqli ilə bağlı addımlar atır

Türk Dövlətləri Təşkilatı (TDT) Türkmənistan qazının nəqli ilə bağlı addımlar atır. Cumhuriyyet.net-in verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan 10-cu Dünya Türk İş Assambleyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, bu gün Türkiyənin iştirakı olmadan heç bir enerji və nəqliyyat dəhlizlərinin fəaliyyəti səmərəli ola bilməz: “Bizim Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum […]

Türkiyədə COVID-19-un yeni ştammı yayılıb

Türkiyədə COVID-19-un yeni ştammı olan “Eris” yayılıb. Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bəyan edib. Onun sözlərinə görə yeni variant artıq doqquz nəfərdə tapılıb. Qurum rəhbəri bununla belə vətəndaşları təlaşa düşməməyə çağırıb. F.Koca bildirib ki, ştamm başqa ölkələrdə yayılmışdı və Türkiyədə də gözlənilirdi. O, xüsusən yaşlıları və xroniki xəstəliklərdən əziyyət çəkənləri diqqətli olmağa çağırıb. […]

G7 Rusiya almazına da sanksiya tətbiq edir

G7 ölkələrinin qarşıdakı iki-üç həftə ərzində Rusiya almazlarına qadağa qoyacağını elan edəcəyi gözlənilir. Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Skay Nyus” Belçika hökumətindəki mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, G7 liderləri ABŞ-ın Rusiyanın dünyanın ən böyük almaz istehsalçılarından biri olan “Alros”şirkətinə qarşı mövcud sanksiyaların genişləndirilməsini müzakirə ediblər. Qadağanın yanvar ayından qüvvəyə minəcəyi gözlənilir.

Nobel mükafatının məbləği 1 milyon İsveç kronu artacaq

Nobel Fondu hər kateqoriya üzrə Nobel mükafatının məbləğini keçən illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 90 min dollar) artıracaq. Cumhuriyyet.net xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb. Xatırladaq ki, ötən ilin sonunda Nobel Fondunun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard kron (təxminən 519 milyon dollar) az idi. Qeyd edək ki, builki qaliblərin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930