Paris Bakıdakı səfiri niyə geri çağırdı?

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Fransa Xarici İşlər Nazirliyi səfirin geri çağırılması barədə təfərrüat açıqlamasa da, Parisin bu qərarının arxasında Azərbaycana qarşı siyasi xəttin dayandığı görünür. Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində həlledici hərbi-strateji qələbə qazandıqdan bəri Fransa regional siyasətini xeyli radikallaşdırıb. Parisin üzündən süni diplomatik təbəssümlər belə, yoxa çıxıb və […]

Rus sülhməramlıları Qarabağdan hara və niyə köçürülür?

Rusiya sülhməramlı kontingentinin heyət və hərbi texnikasının Qarabağı tərk etdiyinə dair görüntülər yayılıb. Görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların Tərtər ərazisində hərəkət etdiyi görünür. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat yoxdur. Əvvəlcə onu deyim ki, rus sülhməramlıları 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk ediblər. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. Sülhməramlılara […]

ABŞ və Rusiya arasında intensiv danışıqlar gedir

Ukrayna-Rusiya müharibəsinin üçüncü ilində ukraynalılar dronlar vasitəsilə düşmənə onun öz ərazisində zərbələr vurmaqla asimmetrik müharibəni genişləndirib. Bu hücumlar içərisində Rusiyanın Avropa hissəsindəki Neft Emalı Zavodlarına vurulan zərbələr müharibənin xarakterinə radikal təsir göstərir. Lakin maraqlıdır ki, ABŞ rəsmiləri açıq şəkildə Ukraynanı bu hücumlardan vaz keçməyə çağırır. Onlar bildirirlər ki, Rusiya neft zovodlarının dayanması dünya neft bazarına […]

İranın İsrailə hücumunun PƏRDƏARXASI MƏQAMLARI…

Bugünlərdə, daha dəqiq desək, aprelin 13-də İran dronlarla İsrail ərazisinə çoxsaylı zərbə endirib. Bu barədə İranın BMT-dəki nümayəndəliyinin yaydığı məlumatda deyilir ki, BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirilən hərbi əməliyyat sionist rejimin İranın Dəməşqdəki diplomatik binalarına hücumuna cavab idi. Məlumatda həmçinin, məsələnin yekunlaşdığı bildirilsə də, “İsrail rejimi növbəti səhvə yol verərsə, İranın […]

Paşinyan Türk İttifaqına niyə “sığınır”: İrəvan yeni hiyləgər geopolitik oyuna başladı

Paşinyan hakimiyyəti rəsmi Astananın Rusiya və Ermənistan arasındakı qarşıdurmanı yumşaltmaq üçün vasitəçilik edəcək nüfuza sahib olduğunu anlayır… Qazaxıstan Ermənistan üçün TDT ilə ümidverici əlaqələrin önünü aça biləcək “körpü” rolunu oynamaq potensialına da malikdir… Cənubi Qafqazda geopolitik proseslər qəlizləşməkdə davam edir. Hazırda Ermənistan əsas regional gərginlik mərkəzinə çevrilmiş vəziyyətdədir. Çünki dünya nəhənglərinin maraqları məhz məhz bu […]

İRƏVANIN 4 KƏNDİMİZİ QAYTARMAĞIN ƏVƏZİNDƏ NƏ İSTƏDİYİ ORTAYA ÇIXDI – Hərbi ssenari gündəmdə

“Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsi ətrafında “sürüşkən” mövqeyinə qayıdıb”. “AzPolitika.info” xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı öz “facebook” səhifəsindən paylaşdığı yazıda bildirib. Yazıda daha sonra qeyd edilib: “Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay Tavuşa səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” […]

“Caliber”: Brüsseldəki toplantı nə vəd edir?

Aprelin 5-də Nikol Paşinyan, Ursula fon der Lyayen və Antoni Blinken arasında Brüsseldə keçirilən görüşdə İrəvana siyasi, iqtisadi, hərbi və humanitar yardım planının təsdiqlənməsi gözlənilir. Caliber.az-ın etibarlı mənbələrdən aldığı məlumata görə, burada məqsəd Ermənistanın Avro-Atlantik məkana inteqrasiyasını təmin etməkdir. Görüşdə xüsusilə MDB ölkələri üçün Qərblə misli görünməmiş təhlükəsizlik sahəsində əməkdaşlığın razılaşdırılması nəzərdə tutulur. Belə ki, […]

75 yaşlı NATO-nu gözləyən ÜÇ CİDDİ SINAQ

İkinci Dünya müharibəsindən sonra – 4 aprel 1949-cü ildə 12 ölkənin “Birimiz hamımız, hamımız birimiz üçün” şüarı ilə bir araya gəlməsi və son olaraq İsveçin də qoşulması ilə üzvlərinin sayı 32-yə yüksələn NATO bu gün 75 yaşını qeyd edir. Musavat.com xəbər verir ki, bütün zamanların ən uğurlu və ən uzunmüddətli müdafiə ittifaqı kimi tarixə düşən NATO gözlənilməz təhdidlərin gündən-günə artdığı, sınaqların intensivləşdiyi […]

Paşinyanın qabağına qoyulan müsahibə və..

Erməni kimliyi, daha doğrusu, erməni millətçiliyi son 100 ildə Qarabağ və Ağrı dağı (Ararat dağı) kimi simvolların üzərində inşa edilib. Buna “Böyük Ermənistan” xülyası da demək olar. Yəni Azərbaycan Qarabağı, Türkiyə isə Ağrı dağı daxil olmaqla, ermənilərin Qərbi Ermənistan adlandırdığı əraziləri ermənilərə verməlidir. Azərbaycan Qarabağı ermənilərə ərməğan etmədi. Heç Türkiyə də Ağrı dağını ermənilərə bağışlayan […]

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının qələbəsi Azərbaycana nə vəd edir?

Türkiyədə keçirilən bələdiyyə seçkilərində 49 yaşlı əczaçı Özgür Özəlin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəlib. CHP Mustafa Kamal Atatürkün yaratdığı kamalçı siyasi qüvvə hesab olunur. Yaxın gələcəkdə CHP-nin Ərdoganın partiyasını əvəz edərək hakimiyyətə gələcəyini gözləmək olar. Baxmayaraq ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək, iqtisadi böhran və ya hazırkı prezident Ərdoğanın səhhətinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930