Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

18.04.2024 - 11:33

Dövlət Gömrük Komitəsi (DGK) fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu deyilən “Baku International Tobacco” şirkəti barəsində inzibati protokol tərtib edib. Qaynarinfo xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Nizami Rayon Məhkəməsində baxlacaq. Aprelin 30-na iş üzə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçiriləcək.

“Baku International Tobacco” MMC 12 iyun 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 15 187 120 AZN olan şirkətin qanuni təmsilçisi Qasımov Tural İsmayıl oğludur. Şirkətin icraçı direktoru Emil Sultanovdur.

Emil Sultanov Kəmaləddin Heyədorva məxsus olduğu bildirilən “STR İmport and Distributon”, “Delfin-Tikinti”, “MNK”, “Az Sole Co Ltd”, “Az Refrigerator Ko Ltd”, “Dəniz Co. Ltd”, “Azcapital Services”, “Real Estate Management”, “İlandağ İnvestment Group”, “İlandağ Services”, “Kaspia Real Estate Group”, “Kaspia Real Estate Services”, “Hereti Real Estate”, “Bio Box” (əvvəlki adı “General Management Consulting”), “Gilan Vegetables”, “Gilan Aqro”, “Gilan Plastik”, “Gilan İnşaat” və “Gilan Zeytun” şirkətlərinin də icraçı dirtektorudur.

“Baku International Tobacco” barəsində 2019-cu ildə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə prtokol tərtib olunub. Həmin vaxt məhkəmə şirkətin 272 050 manat məbləğində cərimə olunması barədə qərar çıxarıb. Şirkət apellyasiya şikayəti versə də, nəticəsi barədə məlumat yoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031