Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi

Sumqayıt şəhər 2 nömrəli xəstəxanaya baş həkim təyin olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifə Arzu Bəndəliyevaya həvalə olunub. Qeyd edək ki, Arzu Bəndəliyeva bundan öncə Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

“Mülki aviasiyanın şərəfi” işdən çıxarıldı: Fəaliyyəti araşdırılır

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. “APA-Economics” xəbər verir ki, bununla bağlı müvafiq əmr verilib. Əmrə əsasən, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad olunub. Qeyd edək ki, o, 14 ildir bu vəzifədə çalışırdı. Ovqat.com-un əldə etdiyi məlumata görə, Mənşur Gülməmmədlinin 14 illik fəaliyyəti müvafiq qurumlar tərəfindən təftiş olunur. Maraqlıdır ki, Naxçıvan […]

Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq  məhkəməyə müraciət edib. Yeniavaz.comxəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova tərəfindən araşdırılacaq. Məlumat üçün bildirək ki, təxminən 2 ay əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət […]

Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib. O qeyd edib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, rəsmi Bakının Fransaya qarşı addımları […]

Əfv sərəncamı kimlərə şamil olunacaq? – VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul edildi”. Bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. “Əfvdən kənarda hər hansı bir şəxs qalmır. İstənilən məhkum müraciət etdikdə onun əfvə düşmə ehtimalı var. Amma hər şeydən əvvəl bir sıra meyarlar var […]

ƏƏSMN-də milyonlarla manatlıq fırıldaq: nə baş verib? -TƏFƏRRÜAT

Dövlət Sosial Müdafiə Fondunda milyonlarla manatlıq mənimsənmə olub. Baş Prokurorluqdan Mia.az-a verilən məlumatda bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Vüsal Arif oğlu Əliyevin qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə […]

Naxçıvan nazirindən şok: “2300 maaşım idi, ayda 15 min manat paket alırdım”

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. APA xəbər verir ki, ötən gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktın elan edib. Bildirilib ki, […]

Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı

Son günlər müzakirə olunan məsələlərdən biri də müharibə veteranlarının müavinətinin 80 manat olmasıdır. İstər ictimaiyyət, istərsə də veteranlar hazırda ödənilən 80 manatın az olduğunu bildirirlər. Görəsən, müharibə iştirakçılarının aldığı müavinət artırılacaqmı? Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Siyavuş Novruzov deyib ki, bəzən bir çoxları təqaüdlə müavinəti qarışdırır. O, veteranların aldığı 80 manatın təqaüd deyil, müavinət […]

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi

Şuşa Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin bir qismini adıçəkilən rayonun icra başçısının oğlu qazanıb. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. “Məsələn, Şuşa işğaldan azad olduqdan sonra – 2021-ci ildə Bayram Səfərov 3 lot üzrə dövlət sifarişini oğlu RUFİS SƏFƏROVA məxsus “KƏKLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nə verib. Yəni Şuşa azad olandan sonra oğlunu “QALIB” elan edib”.

Mədəniyyət Nazirliyi ilə “13” şirkəti arasında 63 minlik müəmmalı müqavilə

Mədəniyyət Nazirliyinin “13” MMC (VÖEN- 1903366791) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb. Müqavilənin şərtlərinə görə “13” MMC Mədəniyyət Nazirliyinin sifarişi əsasında Xorvatiya Hökümətinin nümayəndə heyəti üçün ziyafət təşkil edəcək və qarşılığında 8 min 330 manat alacaq. Qeyd edək ki, 24 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930