BAXCP adını dəyişdi

BAXCP-nin adı dəyişib. Qaynarinfo xəbər verir ki, bu barədə Partiyanın növbədənkənar VII qurultayında qərar qəbul edilib. Partiyanın adı dəyişdirilərək, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası olub. Qeyd edək ki, növbəti mərhələdə partiya bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq qaydada müraciət edəcək.

Baş nazir Əli Əsədov parlamentə hesabat verir

Milli Məclisin iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Musavat.com xəbər verir ki, hesabatı təqdim edən Baş nazir Əli Əsədov öncə bildirib ki, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa böyük fayda verir. “Bu, hökumətin gördüyü işləri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və qarşıda duran […]

“Vasif Talıbov xəstədir, evə qapanıb” – Şok açıqlama

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovdan uzun müddətdir ki, xəbər yoxdur. Naxçıvanın keçmiş rəhbərinin hazırki vəziyyəti ilə bağlı nə mətbuatda, nə də cəmiyyətdə konkret məlumatlar öz əksini tapır. Buna səbəb nədir? Vasif Talıbov nədən “qeybə” çəkilib? Əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz Vasif Talıbovun hazırki vəziyyəti ilə bağlı Yenisabah.az-a danışıb. Jurnalist bildirib ki, […]

Vasif Talıbov Milli Məclisin iclasına niyə gəlməyib?

Vasif Talıbov Milli Məclisin yaz sessiyasının ilk iclasına gəlməyib. Baxmayaraq ki, bu iclas çox önəmli idi, ölkənin yeni dövr üçün baş naziri seçildi, V.Talıbov bu dəfə də gəlməməyi üstün tutdu. Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a şərhində bildirib ki, Vasif Talıbov dünyanın düz vaxtı da iclaslara gəlməyib. O qeyd edib ki, V.Talıbov səlahiyyətləri əlindən alındığı üçün […]

Seçkidən sonra Nazirlər Kabinetində hansı dəyişikliklər olacaq?

Bütün normal ölkələrdə prezident və parlament seçkilərindən sonra nəticələrdən asılı olaraq, Nazirlər Kabineti bütövlükdə istefaya göndərilir, siyasi rəhbərlikdə heç nə dəyişməyibsə, nazirlərin sırasında müəyyən dəyişikliklər edilir və sair. Seçicilər isə bu dəyişiklikləri əksər hallarda müsbət, bəzən isə mənfi mənada öz həyatlarında hiss edirlər. Yəni, verdikləri səsin, etdikləri seçimin nəticəsini görürlər… Azərbaycanda da hər seçkidən sonra […]

Şarl Mişel İlham Əliyevi təbrik etdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Bunu Ş.Mişel “X” hesabında yazıb: “Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı üçün ən xoş arzularımı bildirdim”. O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Ermənistan-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub. […]

Azərbaycan AŞ PA-dan çıxa bilər – PA, MM və XİN-də müzakirə aparılıb

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli siyasətindən sonra Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Trend-in mənbədən əldə etdiyi məlumata görə, AŞPA-nın məlum qərarı ilə bağlı bu günlərdə Prezident Adminstarsiyası (PA), Milli Məclis (MM) və Xarici İşlər Nazirliyinin (XİN) ekspertlərinin iştirakı ilə işçi müzakirə keçirilib. Müzakirələrdə AŞPA-da […]

Bakıya qarşı daha bir sanksiya çağırışı

Konqresin Ermənistan üzrə qrupunun həmsədrləri yenə bizi işğalçılıqda, etnik təmizləmədə ittiham edir, son proseslər erməni lobbisini əməllicə həvəsləndirib; Aydın Mirzəzadə: “Erməni millətçiləri anlamır ki, dünya onların diktəsi ilə işləmir” Fransa Senatının, AŞ PA-nın Azərbaycanla bağlı qərəzli bəyanatlarının ardınca ABŞ Konqresi də hərəkətə keçib. Konqresin Ermənistan üzrə qrupunun həmsədrləri Frank Pallone, Qus Bilirakis, Adam Şiff və […]

AŞPA-da Bakıya xəyanət edən üç dost ölkə…

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul etməsi təşkilatın gerçək üzünü bir daha ortaya qoydu. Prinsip etibarilə AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil. Ümumiyyətlə, rəsmi Bakı bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Bu gün də vəziyyət dəyişməyib. Diqqətçəkən əsas məqam AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul […]

Seçki komissiyalarına xəbərdarlıq: “Növbəti aylarda yenə seçkilər olacaq…”

Parlament və bələdiyyə seçkiləri eyni tarixdə keçirilə bilər 2024-cü ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına (MSK) 110 milyon 935 min manat ayrılıb. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir. Konstitusiyaya görə, bu ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin də vaxtıdır. Yerli özünüidarəetmə orqanlarına seçkilər növbədənkənar olmadığına görə daha […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031