Bakı meriyasından Milli Şuraya gözlənilməz cavab

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətə mənfi cavab verib. Bu barədə azadliq.info-ya Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı məlumat verib. BŞİH-in cavabında bildirilir ki, mayın 3-də başqa kütləvi tədbir nəzərdə tutulur. Bu səbəbdən Milli Şuraya mitinqini mayın 2-də keçirmək təklif olunur. F.Qəhrəmanlı deyib ki, yaranmış vəziyyət Milli […]

Məşhur meyxanaçının arvadı oğurluğa görə həbs olundu – VİDEO

Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşları məşhur meyxanaçının həyat yoldaşını həbs ediblər. APA TV-nin məlumatına görə, saxlanılan qadın bir neçə evdən oğurluq etməkdə təqsirləndirilir. Əslən Yevlaxdan olan 1985-ci il təvəllüdlü Leyla Namiq qızı Abdullayeva dilənçilik edib pul qazanmadığı təqdirdə özünü narahat hiss etdiyini deyir. Bunun yaxşı əməl […]

Milyarder Rokfellerə altıncı dəfə ürək köçürdülər

O, 200 il yaşamaq niyyətindədir. 99 yaşlı amerikalı milyarder Devid Rokfellerə altıncı dəfə ürək köçürüblər, World News Daily Report bildirib. Nəşr qeyd edir ki, əməliyyat altı saat davam edib. Oxu.Az xəbər verir ki, prosedur biznesmenin Nyu-Yorkdakı malikanəsində keçirilib. İlk dəfə Rokfeller bu qəbildən olan əməliyyatı avtomobil qəzasından sonra 1976-cı ildə keçirib. 99 yaşlı biznesmen jurnalistlərə […]

Fətullah Gülənin Xomeyni planı

Türkiyə Baş naziri Əhməd Davudoğlu 2013-cü ilin sentyabrında ABŞ-ın Pensilvaniya ştatında Gülən camaatının lideri Fətullah Gülənlə görüşünün pərdəarxası detallarını ictimaiyyətə açıqlayıb. Davudoğlu Gülənlə həmin dövrdə prezident olan Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanın razılığı ilə görüşdüyünü bildirib. O, Fətullah Gülənə bu görüşdə sonuncu şans verdiklərini deyib: “Əlimizdə kəşfiyyat məlumatları vardı və onların nəyi […]

“Asvaltyeyənlər”in balladası

Bakı və regionlarda asfalt istehsalı həcmi gizlədilir Yol-tikinti kompleksinə nəhəng dövlət investisiyaları şəraitində real asfalt istehsalı həcmi dəfələrlə az göstərilir. Statistik məlumatlar belə bunu göstərir. Dövlətstatkomun məlumatına görə, 2013-cü ildə Azərbaycanda 576,4 min ton (-0,2%) əmtəəlik asfalt istehsal edilib. Bundan Bakının payına 158,2 min ton düşür. KİV-in məlumatına görə, daha avtoritar rejim olan Naxçıvan MR-da […]

Yevlax DYP postunda sürücünü döydülər VİDEO

“Kamaz”ın sahibinin 102-ə zəng vurmasından sonra sürücü yoxa çıxıb… Gəncədən moderator.az-a Dövlət Yol Polisinin Yevlax postunda baş vermiş bir hadisə ilə bağlı şikayət daxil olub. Şikayətçi İsmayılov Rauf bildirir ki, sragağün ona məxsus “Kamaz” markalı 10 UR 382 nömrəli avtomobili Yevlax postunda saxlayaraq nalayiq sözlərlə təhqir ediblər, nəticədə yaranmış münaqişədə sürücüsü Tanrıverdiyev Ramini döyərək xəsarət […]

Bakı metrosunda təhlükəli anlar – VİDEO

Qatar vaqonlarından birinin qapısı tam bağlanmadan hərəkət edib Bakı Metropoloitenində qatar vaqonlarından birinin qapısı tam bağlanmadan hərəkət edib. Anspress-in məlumatına görə, hadisə saat 08:15-də metronun “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyasına gedən istiqamətdə baş verib. Belə ki, “Dərnəgül”dən “Həzi Aslanov” istiqamətində gedən qatar “20 yanvar” stansiyasında olarkən, sonuncu vaqonun qapılarından biri tam bağlanmayıb. Oradakı nəzarətçilər nə […]

Bakıda sevgi dramı: Ya mənim olmalısan, ya torpağın

Bakının Nizami rayonunda sevgi dramı yaşanıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bəhruz Nuriyev küçəsi 81 ünvanında 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayeva vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub. Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qızı öldürən Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov […]

Putin valideynlərindən danışdı: ən mübhəm məqamlar

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi illərində atası və anası ilə bağlı xatirələrini bölüşüb. “Qafqazinfo” xəbər verir ki, Putin “Russkiy pioner” jurnalında valideynlərinin möcüzə şəkildə necə sağ qalmalarından bəhs edib: “Düzünü desəm, atam bu mövzuya toxunmağı belə sevmirdi (müharibə mövzusu-red.). Böyüklər öz aralarında nə isə danışanda və ya xatırlayanda mən sadəcə yanlarında olurdum. Mənim […]

İDDİA:“Rus oliqarxları Ukrayna batalyonlarını maliyyələşdiriblər”.

Boris Berezovskinin keçmiş təhlükəsizlik xidmətinin rəhbəri Sergey Sokolov ilginc iddia ilə çıxış edib. O, bununla bağlı yazışmaların bir hissəsinin rusların əlində olduğunu bildirib: “Rusiyada yazışmaların məxfiliyini saxlamaq olmur. Qərbdə isə belə şeyləri Mərkəzi Kəşfiyyat İdarəsi izləyir. Lakin Ukrayna uzun müddət internet üzərindən yazışmaların gizli saxlanılmasını təmin edə biləcək yer olub. Ona görə də Ukrayna ilə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2015
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930