Qida təhlükəsizliyinin əməkdaşları veterana qənim kəsilib… – TOVUZDA…

Tovuz rayon Dondar Quşçu kənd sakini, 2-ci Qarabağ müharibəsi veteranı, döyüşlərdə göstərdiyi sücaətə görə Prezident tərəfindən 2 dəfə medalla təltif edilmiş Əliyev Kamran Əliş oğlunun Qida Təhlükəsizliyi Agentliyinin Tovuz rayon Bölməsinin əməlkdaşları tərəfindən haqsız təzyiqlərə düçar olması utancverici bir hadisədir. İkinci Qarabağ müharibəsindən sonra ailəsi üçün çörək pulu qazanmaq məqsədi ilə, rayonun Aşağı Quşçu kəndi […]

Çavuşoğlu: “Türkiyənin Ukraynada hərbi iştirakı müzakirə mövzusu deyil”

Rusiya və Ukrayna liderlərinin görüşü bütün mövzularda tam razılıq əldə olunduqda baş tuta bilər. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O əlavə edib ki, Türkiyə müharibə başlayan gündən atəşkəsə nail olmaq üçün diplomatik səylərini davam etdirir. Lakin Türkiyənin Ukraynada hərbi iştirakı müzakirə mövzusu deyil. O əlavə […]

Ərdoğan Ukrayna və Rusiya prezidentləri ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb. Qeyd olunub ki, tərəflər iki ölkənin nümayəndə heyətlərinin İstanbulda baş tutan görüşünün nəticələrini müzakirə edib.

Ermənistanda nazir HƏBS EDİLDİ

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan həbs edilib. Modern.az xəbər verir ki, İrəvan məhkəməsi bununla bağlı qərar qəbul edib. Qərara əsasən, nazir iki ay müddətinə həbs olunub. İlkin araşdırma zamanı məlum olub ki, Piloyan köməkçisinin yardımı ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb. Bundan əlavə, bir neçə gün öncə Ermənistan Fövqəladə Hallar Nazirliyində […]

Daha bir məktəbdə uçqun oldu

Cəlilabad rayonunda orta məktəb binasında uçqun baş verib. Modern.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Musalı kənd məktəbində qeydə alınıb. Belə ki, son günlər yağan intensiv yağış və qar səbəbindən orta məktəbin sinif kimi istifadə olunan dəhlizinin divar və döşəməsinin bir hissəsi uçub. Xoşbəxtlikdən uçqun dərs zamanı olmayıb və buna görə də xəsarət alan […]

Ukraynanın ABŞ-dan istədiyi silahlar bəlli oldu – SİYAHI

Ukrayna ABŞ Konqresinə Rusiyaya qarşı müdafiə olunmaq üçün ehtiyacı olan silahların siyahısını təqdim edib. Siyahıya kəşfiyyat-zərbə dronları, taktiki radarlar, radioelektron mübarizə sistemləri və döyüş təyyarələri, xüsusən “Su-25”lər daxil olub. Bundan əlavə, artilleriya sistemləri, zenit-raket kompleksləri, tankəleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə cihazları da Ukraynanın ehtiyacı olduğu silahlar siyahısına daxil edilib. Ukrayna tərəfi […]

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları telefonla danışıb

Martın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər müqəddəs Ramazan ayının gəlişi münasibətilə qarşılıqlı təbriklərini çatdırıb və bu ayın bütün müsəlman aləmi üçün xeyirli […]

Rusiya XİN Avropa İttifaqının rəhbərliyini “qara siyahı”ya salıb

Rusiya cavab addımı olaraq Avropa İttifaqının (Aİ) rəhbər şəxslərini “qara siyahı”ya salıb. Bu barədə Rusiya Xarici İşlər Nazirlyinin açıqlamasında deyilir. Siyahıya Avropa İttifaqının rəhbər şəxsləri, o cümlədən Ali Komissarları, Aİ-nin hərbi strukturlarının rəhbərləri, Avropa Parlamentinin əksər deputatları və s. şəxslər daxil edilib. Rusiya XİN “qara siyahı” ilə bağlı müvafiq notanı Aİ-nin Moskvadakı nümayəndəliyinə təqdim edib.

Amerikalıların yarısı Cozef Baydenin xarici siyasətini dəstəkləmir

Amerikalıların yalnız 48 faizi prezident Cozef Baydenin beynəlxalq siyasətini dəstəkləyir. AZƏRTAC xarici KİV-nə istinadla xəbər verir ki, bu barədə məlumat Vaşinqtonda yerləşən “Pew Research Center” tədqiqat mərkəzinin apardığı sosioloji rəy sorğusunun nəticələrində yer alıb. Ağ Evin sahibi respondentlərin yalnız yarısının etimadını qazanaraq bu siyahıya daxil olan Qərb liderləri arasında sonuncu yeri tutub. Rəyi soruşulan vətəndaşların […]

ABŞ Rusiyaya qarşı sanksiyalarını daha da genişləndirib

ABŞ Maliyyə Departamenti Rusiyaya qarşı sanksiya siyahısına daha 13 fərdi şəxsi və 21 təşkilatı salıb. “Report” quruma istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlər Rusiya iqtisadiyyatının aerokosmik, dənizçilik, elektronika sahələrini əhatə edən rəsmi şəxslərə şamil olunur. Həmin tədbirlər Putinin Ukraynaya qarşı hərbi müdaxiləsinni dəstəkləyən sektorların imkanlarını məhdudlaşdırmaq üçün görülən irimiqyaslı işlərin bir parçasıdır.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031