Partiya sədrləri narkotik daşıyır? – Natiq Cəfərlidən Siyavuş Novruzova reaksiya

27.03.2024 - 11:56

Deputat Siyavuş Novruzov deyib ki, quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər. Sitat: “Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır. Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər”.
Tribunainfo.az məlumat verir ki, buna cavab gecikməyib. REAL Partiyasından Natiq Cəfərli bildirib ki, Siyavuş müəllim bu bəyanatı ilə hökuməti, dövləti ciddi hədəfə alıb, hüquq-mühafizə orqanlarına inanmadığını, onlara güvənmədiyini göstərib: “Hökumətə qarşı belə ciddi tənqidi mövqeyi təəccüb doğurur, yəqin ki, mandatı şübhə altına düşəcək. Adam demək istəyir ki, ölkədə quru sərhədlər açıq olanda narkotacirlər at oynadırmış, onların qarşısını kimsə kəsə bilmirmiş, hamı əlində 2-3 kilo narkotik sərhədi sağa-sola keçirmiş, buna da əlaqədar orqanlar göz yumurmuş – və, dövlət-hökumət orqanlarına güvən, onlara inam olmadığına görə dibindən bağlayıblar. Müəllimin dediyindən belə çıxır ki, əlaqədar orqanlar narkotik satıb qəzet-sayt buraxanlara, partiya saxlayanlara göz yumublar, onlara mane olmayıblar. Nə bilim, bu insanın “məntiqinə” qalsa, saça bit düşəndə başı dibindən kəsmək lazımdır”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199565

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930